8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” (AZAL) qadınlar üçün Bakıdan müxtəlif istiqamətlər üzrə aviabiletlərə 30 faiz güzəşt elan edib.
AZAL-dan bildirilib ki, aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür. Aksiya çərçivəsində aviabiletlər 28 mart-20 aprel tarixləri arasında uçuşlara şamil edilir.
Belə ki, Bakıdan Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı şəhərlər üzrə uçuşlara 30 faiz güzəşt tətbiq olunur.xeber100.com