19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Gömrük Komitəsinin məlumatına görə…

Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.Dövlət Gömrük Komitəsindən “Apa-Economics”ə verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycanın aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibatı binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda "Nemiroff" adlı 1 litrlik ölçüdə 48 ədəd araq aşkar olunub.xeber100.com  

May 23, 2018 1:15

Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yasamal rayonu, “Bakı Dairəvi-1” avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Apa-Economics”ə verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.xeber100.com

May 23, 2018 1:12

“AzeriLight” markalı neftin 1 barelinin dəyəri…

Azərbaycan nefti bahalaşıb."Apa-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,42 dollar və ya 1,78 artaraq 81,32 dollar təşkil edib.xeber100.com

May 23, 2018 1:08

Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilir

Mayın 23-də Bakıda Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilir.Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanda İnvestisiyanın və İxracın Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qardaş və dost Qazaxıstanla olan iqtisadi əməkdaşlıqdan, ticarət dövriyyəsindən bəhs edib.Onun sözlərinə görə, Azərbaycanın Qazaxıstanla iqtisadi-ticari əlaqələri, yatırılan investisiyalar ilbəil artmaqdadır. Belə ki, Aktau şəhərində Azərbaycanın böyük logistik mərkəzi yaradılıb. Həmçinin Qazaxıstanda 80-dən çox Azərbaycan kapitalı ilə işləyən şirkət fəaliyyət göstərir. Ölkəmizdə isə Qazaxıstanın 73 şirkəti çalışır.R.Məmmədov qeyd edib ki, bu rəqəmlər əslində ölkələrimizin mövcud potensialını əks etdirmir və ticarət dövriyyəsini artırmaq üçün hər iki respublikanın güclü potensialı var.xeber100.com

May 23, 2018 1:03

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, Ziya Bünyadov prospektində diametri 530 millimetrlik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315 millimetrlik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar mayın 23-də saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.Görülən işlərin Binəqədi rayonunun Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə, eləcə də, 7-ci və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

May 22, 2018 4:43

“Light” markalı xam neftin bir barrelinin qiyməti…

“Brent” markalı xam neftin bir barrelinin qiyməti yenidən 80 dolları keçib.Azərtac xəbər verir ki, “Light” markalı xam neftin bir barrelinin qiyməti isə 72 dolları ötüb.Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 80,02 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 72,35 dollara alıcı axtarır.Xatırladaq ki, “Brent”in bir barrelinin qiyməti sonuncu dəfə mayın 17-də 2014-cü ildən qeyd edilən tarixədək ilk dəfə 80 dolları keçmişdi.xeber100.com

May 22, 2018 4:41

“Azərkosmos” ASC-nin məlumatı əsasında…

Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in" orbitə buraxılışının vaxtı dəyişdirilib.Bunu “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin direktoru Aysel Sultanova Azərtac-a açıqlamasında bildirib. O qeyd edib ki, mayın 25-də orbitə buraxılması nəzərdə tutulan peykin dəqiq buraxılış tarixi yaxın aylara planlaşdırılır. Bu barədə “Azərkosmos” tərəfindən əvvəlcədən məlumat veriləcək.Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.xeber100.com

May 21, 2018 1:31

Azərbaycan və Hindistan arasında birbaşa aviareyslər açılacaq

Gələn il Azərbaycan və Hindistan arasında birbaşa aviareyslərin açılması planlaşdırılır.Bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Azərtac-a eksklüziv açıqlamasında deyib.O bildirib ki, Dubay bazarından sonra AZTA-nın çalışdığı növbəti əsas turizm bazarlarından biri Hindistandır. AZTA olaraq ilk dəfə Dehli şəhərində Beynəlxalq Turizm Sərgisində (SATTE 2018) iştirak etdik. Burada ölkəmizi assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edirdi. Sərgi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Hindistanın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəliyi açılıb.N.Bağırov qeyd edib ki, hər iki ölkənin turistlərinin qarşılıqlı səfərlər həyata keçirməsi üçün işlər görülür. Ölkələrin turizm potensialı, tarixi və mədəni irsi barədə vətəndaşları daha da məlumatlandırmaq üçün addımlar atılır. 2019-cu ildən turistlərin rahat gediş-gəlişini təmin etmək üçün hər iki ölkədən birbaşa aviareyslərin həyata keçirilməsi də planlaşdırılır.xeber100.com

May 21, 2018 1:29

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mayın 21-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 836,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01 faiz təşkil edib.xeber100.com

May 21, 2018 1:25

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti…

Amerika fond bazarında "Dow Jones" indeksi 0,01% - 24 715,09 bəndədək artıb, "S&P 500" 0,26% - 2 712,97 bəndədək, NASDAQ isə 0,38% - 7 354,34 bəndədək ucuzlaşıb.”APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,12% - 7 778,79 bəndədək, Fransa CAC-40-ı 0,13% - 5 614,54 bəndədək, Almaniya DAX-ı 0,28% - 13 077,72 bəndədək ucuzlaşıb.COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,30 dollar artaraq 1 291,70 dollara, gümüşün unsiyasının qiyməti 0,02 dollar azalaraq 16,47 dollara satılıb.xeber100.com

May 20, 2018 3:45
    Page 167 of 380« First«...102030...165166167168169...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az