Ümumdünya Poçt İttifaqının yaz sessiyasında

İsveçrənin paytaxtı Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Administrasiyasının nümayəndələri də iştirak edirlər.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, sözügedən tədbirlər çərçivəsində ilk plenar iclasda ÜPİ-nin ən mühüm qurumlarından biri olan QSF (Xidmət Keyfiyyəti Fondu – Quality of Service Fund) Şurasına növbəti 3 illik dövr üzrə seçkilər keçirilib və QSF Şurasına üzvlüyə dünyanın 5 coğrafi regionundan namizədlər irəli sürülüb. Şərqi Avropa və Şimali Asiya regionundan namizədliyi verilmiş ölkələrdən biri də Azərbaycan nümayəndəsi olub.Seçkilərdə ölkəmizin nümayəndəsi səs çoxluğu ilə ÜPİ-nin QSF Şurasına yenidən üzv qəbul olunub. Qeyd edək ki, Şurada dünyanın 11 ölkəsinin nümayəndələri təmsil olunur və onlardan biri də Azərbaycandır.Bundan başqa, Azərbaycan Poçt Administrasiyası tərəfindən QSF proqramı çərçivəsində həyata keçirilmiş “Beynəlxalq poçt şəbəkəsinin inkişafı (3-cü hissə)” adlı layihə ÜPİ ekspertləri tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə görə ÜPİ-nin “Ən yaxşı idarəetmə” (“Best Management”) sertifikatı ilə mükafatlandırılıb.Mükafat ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən plenar iclasda Azərbaycan nümayəndələrinə təqdim edilib.xeber100.com

Aprel 25, 2018 2:05

Əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

“Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti (SC) arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki qurum arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda, təcrübə mübadiləsinin həyata keçirilməsidir.Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında ilboyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün uzun müddətli olması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.Eyni zamanda, yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb. Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə hər iki qurum tərəfindən birgə addımların atılması planlaşdırılır.xeber100.com

Aprel 23, 2018 4:07

Razılaşma Protokolu imzalanıb

Aprelin 20-də Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında "Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında" Razılaşma Protokolu imzalanıb.DGK-nın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.Razılaşma Protokolunda Azərbaycanda davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırlımasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanıb.Eyni zamanda, üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarət edilməsinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin eidlməsinin vacibliyi bəyan edilib.Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq.xeber100.com

Aprel 21, 2018 5:32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) hesabına tələbələrə əlavə təqaüd veriləcək.Gəmiçiliyin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri də gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə “AXDG” QSC-nin daxili imkanları hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcrübəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixtisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir.“AXDG” QSC-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) məzunları dünyanın nüfuzlu ali məktəblərinə göndərilir. Bu, şirkətin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.Bundan başqa, ADDA tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılır.Digər tərəfdən, buraxılış imtahanlarından və müsahibələrdən uğurla keçən məzunlara gəmiçilikdə çalışmaları üçün “Zəmanət Məktub”u verilir.Bütün bunlarla yanaşı, “AXDG” QSC rəhbərliyinin qərarına əsasən dənizçilik sahəsində təhsil alan tələbələrin təhsilə olan maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq üçün həvəsləndirici layihələr də həyata keçirilir. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Belə ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında və akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd veriləcək.Bununla bağlı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi qaydalar hazırlanıb və təsdiqlənib.Qaydalara əsasən, bu imkandan yalnız Azərbaycan vətəndaşları olan tələbələr yararlana biləcəklər.Təqaüd tələbələrin yüksək müvəffəqiyyət göstəricilərinə əsasən veriləcək. Belə ki, imtahan sessiyasının nəticələrinə görə hər bir fənn üzrə göstəricisi 91 baldan az olmayan, başqa sözlə, bütün fənlər üzrə 91-100 bal toplayan tələbələrə “AXDG” QSC tərəfindən hər ay 100 manat təqaüd ödəniləcək.xeber100.com

Aprel 20, 2018 11:13