05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin məlumatı

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası davam etdirilir.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Apa-Economics”ə verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4,5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq.Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.Tikinti layihəsinə uyğun olaraq, tunelin prospektin altından keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb, tunelin içərisində kanalziasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan keçən yüksək təzyiqli kommunikasiya boruların üzərindən 1 aşırımlı və 21 metr uzunluğunda körpü inşa edilib.Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir.Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.xeber100.com

Aprel 15, 2018 3:30

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti…

Amerika fond bazarında "Dow Jones" indeksi 0,50% - 24 360,14 bəndədək, "S&P 500" 0,29% - 2 656,30 bəndədək, NASDAQ isə 0,47% - 7 106,65 bəndədək ucuzlaşıb."Apa-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,09% - 7 264,56 bəndədək, Almaniya DAX-ı 0,22% - 12 442,40 bəndədək, Fransa CAC-40-ı 0,11% - 5 315,02 bəndədək bahalaşıb.COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar bahalaşaraq 1 348,60 dollara, gümüşün unsiyasının qiyməti 0,17 dollar artaraq 16,65 dollara satılıb.xeber100.com

Aprel 15, 2018 3:24

“Azercell” yeni tarif təqdim edir

"Azercell Telekom" MMC fakturalı və fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan tariflər üzrə SMS-in qiymətini dəyişdirir.Şirkətdən “Apa-Economics”ə verilən məlumata görə, bu ilin mayın 15-dən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək. Eyni zamanda, “Gənc ol” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək.Bundan başqa, mayın 15-dən etibarən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək. Eyni zamanda, “Hədsiz” və “Hədsiz Zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək.xeber100.com

Aprel 14, 2018 2:17

“Kapital Bank” müştərilərə öz kartlarını təklif edir

"Kapital Bank" müştərilərə 3 valyutaya malik "Visa Trio Gold", "Visa Trio Platinum" və "Visa Trio Infinite" kartlarını təklif edir.Bankdan Azərtac-a bildiriblər ki, artıq müştərilər AZN, USD və EUR valyutasında olan Visa kartlarını birləşdirərək, Visa Trio kartları üzərində istifadə edə bilərlər. Kartın hər üç hesabını bir PİN kod vasitəsilə idarə etmək mümkündür.Kartları müəyyən miqdarda məbləği hesaba əlavə etməklə pulsuz əldə etmək olar. Ödəniş kartları avtomatik olaraq Mobil və İnternet Banking, SMS İnfo, həmçinin SMS Banking xidmətlərinə pulsuz qoşulur. 3D Secure təhlükəsizlik xidmətlərinə qoşulmaq üçün isə "Kapital Bank"ın 196 Sorğu Mərkəzinə müraciət etmək lazımdır."Visa Trio Gold" kartını, həmçinin 1000 AZN ilkin mədaxil etməklə pulsuz əldə etmək olar. Bundan başqa kartın hər 3 hesabı arasında komissiya olmadan Card to Card əməliyyatını etmək mümkündür.xeber100.com

Aprel 13, 2018 1:50

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,11 dollar ucuzlaşaraq 73,37 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar ucuzlaşaraq 71,86 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 66,92 dollar təşkil edib.xeber100.com

Aprel 13, 2018 1:47

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Bakı-Kiyev sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, dəyişikliyə əsasən, aprelin 21-dən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə - həftənin VI günləri saat 01:35-də yola düşəcək, Kiyev stansiyasına aprelin 23-dən etibarən həftənin I günləri saat 11:46-da çatacaq və həmin gün saat 14:37-də əks istiqamətə yola düşəcək. Qatar aprelin 26-dan etibarən həftənin IV günləri saat 04:10-da Bakı sərnişin stansiyasına çatacaq.xeber100.com

Aprel 13, 2018 1:45

XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

Aprelin 11-də İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən hazırkı və keçmiş dövlət və hökumət başçıları, eləcə də Azərbaycan və Türkiyədən rəsmi şəxslər, həmçinin nazirlər, səfirlər, tanınmış alimlər, QHT və KİV rəhbərləri iştirakı edirlər.Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Makedoniya Respublikasının Prezidenti George İvanov, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və başqaları çıxış ediblər.İki gün ərzində toplantıda müasir dünyanın aktual problemləri müzakirə olunacaq.xeber100.com  

Aprel 12, 2018 3:20

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,90 dollar bahalaşaraq 74,48 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 72,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar artaraq 67,02 dollar təşkil edib.xeber100.com

Aprel 12, 2018 3:16

Mərkəzi Bankda hərrac keçirilib

Aprelin 12-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 12, 2018 3:12

Bakı Fond Birjasında hərrac keçiriləcək

Aprelin 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar mayın 10-da ödəniləcək.Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.xeber100.com

Aprel 11, 2018 2:55
    Page 177 of 380« First«...102030...175176177178179...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az