Maarifləndirmə aksiyalarına start verilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (QTA) geniş maarifləndirmə aksiyalarına start verib.Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Azərtac-a bildirilib ki, əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına martın 1-dən etibarən start verilib.Son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yeni qurum, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təsis edilib. QTA-nın yaradılması ilə vətəndaşlara göstərilən qayğının səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoyub. Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi agentliyin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur.Bu sahədə maarifləndirmə aksiyalarına başlayan agentlik “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.Hazırlanan maarifləndirmə materiallarında “tarladan süfrəyə” prinsipi ilə həyata keçirilən qida zənciri, uşaqlar üçün yemək çantası hazırlayan zaman diqqət edilməsi vacib olan məqamlar, məişətdə sadə qaydalarla qidanın təhlükəsizliyinə əməletmə qaydaları öz əksini tapıb.Qida təhlükəsizliyi terminlərini sadə və anlaşılan dillə, ən geniş auditoriyaya çatdırmağı hədəf götürən agentlik, bu layihə çərçivəsində məlumatlandırıcı materialları təhsil müəssisələrində, insanların daha çox vaxt keçirdiyi ictimai iaşə, xidmət obyektlərində və sosial şəbəkələrdə yayacaq.

Mart 1, 2018 11:25

“SOCAR Turkey Enerji A.Ş.” yeni müqavilə imzalayıb

BP və “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, bu barədə BP məlumat yayıb. BP və STEAŞ BP-nin yeni nəsil PTA texnologiyası üçün lisenziya müqaviləsi imzalayıblar.STEAŞ 2023-cü ilədək yekun investisiya qərarı qəbul edilənə qədər Türkiyənin Aliağa rayonunda illik 900 min ton tutuma malik yeni texnologiya qurmaq niyyətindədir.“BP bu texnologiyanı Türkiyədə lisenziyalaşdırmaq və həyata keçirmək üçün STEAŞ ilə uzunmüddətli əlaqələr qurmaqdan məmnundur”, - deyə “BP Petrochemicals” baş əməliyyat direktoru Rita Griffin bildirib.STEAŞ –ın əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov deyib: “Bu investisiya Aliağada “Star” neft emalı və “Petkim” zavodlarının yaxınlığında qurulacaq yeni kompleks üçün rəqabətədavamlı, strateji və əlavə dəyər zənciri yaratmaq planımızın bir hissəsidir”.Qeyd edək ki, SOCAR-ın Türkiyəyə planlaşdırılan sərmayələri ümumilikdə 19,5 milyard dollar civarındadır. Bu, 2020-ci ilə qədər nəzərdə tutulan investisiyaların ümumi həcmidir. Son 9 ildə şirkət 19,5 milyard dollarlıq investisiyanın 12,6 milyard dollarlıq hissəsini sərf edib. SOCAR qalan vəsaiti isə 2020-ci ilədək xərcləyərək Türkiyənin ən böyük xarici investoru olmağı hədəfləyir.Hazırda SOCAR və digər Azərbaycan investisiyaları Türkiyəyə qoyulan birbaşa xarici sərmayənin 51 faizini təşkil edir. SOCAR-ın Türkiyədəki layihələrində ümumilikdə 35 min nəfər çalışır. Şirkət “Petkim”, “Star” neft emalı zavodu, TANAP kimi nəhəng layihələri ilə Türkiyə iqtisadiyyatına öz töhfəsini verir. STEAŞ-ın, həmçinin “Petlim”, “Petkim” külək elektrik stansiyası (Petkim RES), “SOCAR Dağıtım” ve “SOCAR Depolama” kimi şirkətləri fəaliyyət göstərir.SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.xeber100.com

Fevral 28, 2018 3:04

“Bakcell” şirkəti hədiyyə kampaniyasına başlayır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramı münasibətilə hədiyyə kampaniyasına başlayır. Şirkət hər il olduğu kimi bu il də öz abunəçilərini Novruz bayramında bol-bol hədiyyələrlə sevindirir.Şirkətdən Azərtac-a bildirilib ki, “Bakcell” bu münasibətlə öz abunəçilərinə pulsuz dəqiqə, SMS və meqabaytlar təqdim edəcək. Abunəçilər hər dəfə nömrənin balansını artırdıqda şirkətdən müxtəlif hədiyyələr alacaq.Qonşunun qapısına papaq atıb bayram şirniyyatı payını almaq ən sevimli Novruz adət-ənənələrindən biridir ki, həmin gözəl ənənəyə sadiq qalan “Bakcell” öz abunəçilərini qapısına virtual papaq atıb pulsuz dəqiqələr, SMS və meqabaytlar qismində Novruz hədiyyələrini almağa dəvət edir. Belə ki, Novruz bayramı ərəfəsində nömrənin balansını ən azı 2 AZN məbləğində artıran hər bir əvvəlcədən ödənişli (prepaid) “Bakcell” abunəçisini gözəl təsadüfi hədiyyə gözləyir.Martın 31-dək davam edəcək hədiyyə kampaniyasına qoşulmaq olduqca asandır. Bunun üçün sadəcə “papaq” sözünü yazıb pulsuz SMS vasitəsilə 7777 nömrəsinə göndərmək kifayətdir. Kampaniyaya qoşulandan sonra abunəçi balansına hər dəfə ən azı 2 AZN məbləğində vəsait yüklədikdə “Bakcell”dən təsadüfi hədiyyə alacaq. Bu misilsiz hədiyyə kampaniyası çərçivəsində abunəçilər 100-ə qədər pulsuz şəbəkədaxili zəng dəqiqəsi, 100-dək pulsuz ölkədaxili SMS və hətta 500 meqabaytadək pulsuz internet paketi və digər gözəl hədiyyələr qazana biləcəklər.Qeyd edək ki, kampaniya ərzində balans artımı və hədiyyələrin sayına görə heç bir məhdudiyyət yoxdur. Kampaniyada yalnız əvvəlcədən ödənişli (prepaid) “Bakcell” tariflərinin abunəçiləri iştirak edə bilər.xeber100.com

Fevral 28, 2018 3:01