28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən "Apa-Economics"ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükə yaradan hissələrin yenilənməsi və istehlakçıların təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə, Məmməd Cəfər Cəfərov küçəsi və Asif Məhərrəmov küçələrinin kəsişməsində 530 mm-lik iri diametrli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar fevralın 21-də saat 10:00-dan işlər yekunlaşanadək 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və H.Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Nərimanov rayonunun qaz təchizatına da təsir göstərməsi mümkündür.Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 21, 2018 3:47

COMEX-də qızılın qiyməti ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 1,01% - 24 964,75 bəndədək, "S&P 500" 0,58% - 2 716,26 bəndədək, NASDAQ isə 0,86% - 7 234,31 bəndədək ucuzlaşıb."APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,01% - 7 246,77 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı isə 0,64% - 5 289,86 bəndədək,Almaniya DAX-I 0,83% - 12 487,90 bəndədək bahalaşıb.COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,90 dollar ucuzlaşaraq 1 328,30 dollara, gümüşün unsiyasının qiyməti 0,08 dollar ucuzlaşaraq 16,43 dollara satılıb.xeber100.com

Fevral 21, 2018 3:40

Nəqliyyat Agentliyinin məlumatı əsasında…

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu barədə “Apa-Economics”ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.M.Ağayevin sözlərinə görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub: “Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər”.xeber100.com

Fevral 21, 2018 3:34

“AzeriLight” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb."Apa-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,60 dollar və ya 0,90% azalaraq 66,30 dollar təşkil edib.xeber100.com

Fevral 21, 2018 3:30

“Societe Generale”nin neftin qiymətinə dair proqnozu

Fransa bankı “Societe Generale” neftin qiymətinə dair proqnozunu artırıb.Azərtac xəbər verir ki, bank 2018-ci ildə “Brent” markalı neftin bir barrelinin orta qiymətinə üzrə proqnozunu 62 dollardan 66 dollara artırıb. “Societe Generale” bu il üçün “Light” neftinin orta qiymətinə dair proqnozunu isə 58 dollar/barreldən 62 dollar/barrelə yüksəldib.Bank hesab edir ki, ABŞ-da neft hasilatının hazırkı artımı proqnozları üstələsə də, Venesuelanın istehsalındakı azalma da proqnozları qabaqlayır. Qeyri-OPEC ölkələrində neft hasilatında ciddi artım olacağı proqnozlaşdırılır. Lakin OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edəcək. Bundan başqa, 2018-ci ildə neft bazarında tarazlıq bərpa olunacaq.xeber100.com

Fevral 20, 2018 3:10

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Bu ilin yanvarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 24,4 milyon manat dəyərində məhsul istehsal edilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə bu ilin yanvarında toxuculuq sənayesində 1,7 dəfə, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 3,2 dəfə artım, geyim istehsalında isə 52,3 faiz azalma müşahidə olunub.xeber100.com

Fevral 20, 2018 3:07

Elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Bakı-yük-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, fevralın 21-dən martın 6-dək (daxil olmaqla) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə etmək mümkündür.Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.xeber100.com

Fevral 20, 2018 3:04

İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

Fevralın 19-20-də Əmmanda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, fevralın 21-22-də isə Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hökumətlərarası komissiyaların iclaslarında Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.Bu məqsədilə iqtisadiyyat naziri, hər iki Hökumətlərarası Komissiyada Azərbaycan tərəfdən həmsədr Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misir və İordaniyada səfərdə olacaq. Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi və müzakirələrin aparılması da nəzərdə tutulur.xeber100.com

Fevral 19, 2018 3:50

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşdirilmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb. Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyət, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.Komitədən Azərtac-a bildirilib ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlara uyğun olaraq qeyri-neft sektorunun inkişafı, bu sahəyə investorların cəlb edilməsi məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Elektron hərrac sisteminin tətbiqi, bu sahədə elektron xidmətlərin sayının artırılması, prosedurların sadələşdirilməsi özəlləşdirmədə əlçatanlığı təmin edir, prosesi sürətləndirir. Özəlləşdirmə nəticəsində dövlət büdcəsinin üzərinə düşən yük və əlavə xərclər azalır, belə sahələrə böyükhəcmli investisiyalar qoyulur, həmçinin yeni müəssisələrin, iş yerlərinin açılmasına şərait yaranır. Bu məqsədlə keçirilən hərraclar isə özəlləşdirmədə operativliyi təmin edir.xeber100.com

Fevral 19, 2018 3:48

Maliyyə Nazirliyinin açıqlamasına əsasən…

“Apa-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, əvvəlcədən də bəyan olunduğu kimi Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib və bu plan bankın kreditorlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Onun sözlərinə görə, həmin plana uyğun olaraq Beynəlxalq Bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb ki, bu da xarici dövlət borcunun 30%-dən çox artmasına gətirib çıxarıb.“Ötən il bu məsələ ilə bağlı dəfələrlə həm Maliyyə Nazirliyi, həm də Azərbaycan Beynəlxalq Bankı tərəfindən mətbuata geniş məlumatlar verilib. Ona görə də xarici dövlət borcunda baş verən bu artımın bilərəkdən və ya bilməyərəkdən yeni və gözlənilməz bir xəbər kimi təqdim olunması və ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cüryozulması təəccüblüdür və başadüşülən deyil”, - deyə nazirlik rəsmisi vurğulayıb.xeber100.com

Fevral 17, 2018 5:34
    Page 191 of 381« First«...102030...189190191192193...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az