“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankerinin təmiri başa çatıb.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib.Eyni zamanda, köməkçi mühərriklər təmir olunub, yeni nasoslar quraşdırılıb. Gəmidə elektrik avadanlıqları tamamilə sazlanıb.Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər.Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi “AXDG” QSC-nin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Hazırda gəmiqayırmanın yeni nailiyyətləri əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də AXDG üçün iki yeni tanker tikilir.xeber100.com

Fevral 14, 2018 2:30

“Kapital Bank”ın yeni layihəsi çərçivəsində…

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni "Bravo-2" filialını istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təqdim edilən filial Bakı şəhəri, Tbilisi prospekti, 3007-ci məhəllədəki "Bravo” hiper marketdə (20 Yanvar metrosunun yaxınlığında) yerləşir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər."Kapital Bank"ın yeni konsepsiya əsasında təqdim edilən "Bravo-2" filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. "Bravo-2" filialının açılışı ilə "Kapital Bank" 100-cü xidmət nöqtəsini istifadəyə verib.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq ötən ay "Kapital Bank"ın "Füzuli" filialının yeni ofisinin açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir.xeber100.com  

Fevral 8, 2018 1:47