XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2018-ci il mayın 3–4-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, konfransda akademiyanın professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar və əcnəbi alimlər iştirak edəcək.Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir.Konfransın işi “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələri üzrə təşkil olunacaq.Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc ediləcək.Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını bu ilin martın 16-dək təşkilat komitəsinə təqdim edə bilərlər. Konfransda həm əyani, həm də qiyabi iştirak mümkündür. Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsini məlumatlandırmaları xahiş olunur.Xatırladaq ki, ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.xeber100.com

Yanvar 11, 2018 2:51

“Moody’s” beynəlxalq reytinq agentliyinin məlumatı

Bu il neftin qiyməti 40-60 dollar/barrel arasında dəyişəcək.Azərtac xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyi məlumat yayıb.“Moody's”ə görə, bu il qlobal neft sənayesində yüksəliş davam edəcək və neft istehsalında artım olacaq. Neft İxrac edən Ölkələr Təşkilatına üzv (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə edilən xam neft istehsalının azaldılması üzrə sazişin müddətinin cari ilin sonunadək uzadılmasına baxmayaraq, bu il “qara qızıl”ın bir barrelinin qiymətinin 40-60 dollar arasında dəyişməsi təxmin edilir. Neftin qiymətinin qeyd edilən qiymət aralığında olması və ya daha da bahalaşması vəziyyətində isə bu il neft istehsalçısı ölkələrin hasilatı artıracağı da gözlənilir. ABŞ-ın şist nefti istehsalının bu il yüksəlməyə davam etməsi nəzərdə tutulur.Agentlik Şimali Amerikadakı neft axtarış və istehsal şirkətlərinin sərmayə yatırımlarının keçən il güclü olduğunu qeyd edib, bu il həmin şirkətlərin neft hasilatını artırmağa davam edəcəyini bildirib.Qlobal neft sənayesi üzrə xidmətlər təklif edən şirkətləri də cari ildə böyüyəcək. Həmin şirkətlər bu il artan iş gücü xərcləri və istehlakçıların tələbləri səbəbi ilə təzyiq altında qala bilərlər.“Moody's” qlobal neft tələbatının artmağa davam edəcəyini proqnozlaşdırır. Qlobal neft tələbatının 2040-cı ildə maksimuma çatacağı təxmin edilir.Həmçinin bu il beynəlxalq neft şirkətlərinin bərpaolunan və alternativ enerji mənbələri üzrə texnologiyaları ilə uzun dövrdə təbii qaza keçidlərini təmin etmək üçün investisiyalar yatıracaqları gözlənilir.xeber100.com

Yanvar 4, 2018 3:28