“BakuTel 2017” sərgisi çərçivəsində

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətinin stendi “BakuTel-2017” sərgisinin “ən orijinal stendi” adına layiq görülüb.2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş Bakcell stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilib. Stendin ziyarətçiləri “Robot Automation Latency” (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının 1 Gb/saniyəyədək olan inanılmaz sürətini görmək imkanını qazanıblar. Bundan əlavə, Bakcell stendinin qonaqları Bakcell şirkətinin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış olublar.Maraqlı müsabiqələr və bol əyləncə ilə yanaşı, stenddə Bakcell şirkətinin “AppLab” proqramı vasitəsilə gənc Azərbaycanlı proqram tərtibatçıları tərəfindən yaradılmış 3 layihə də nümayiş etdirilib.Nəticədə innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi sərginin “ən orijinal stendi” seçilib və “BakuTel-2017” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub. Bakcell şirkətinin “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş stendinin bütün ziyarətçiləri mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə ediblər.xeber100.com

Dekabr 13, 2017 8:54

Bakı Nəqliyyat Agentliyinin məlumatı

17 nömrəli marşrut xəttində “BakuBus” avtobusları fəaliyyət göstərəcək.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, 17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır. 17 nömrəli marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib.M.Ağayev qeyd edib ki, bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə agentlik tərəfindən dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq olunub, o cümlədən “141” Çağrı Mərkəzinə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.“Dəyişiklikdən sonra 17 nömrəli müntəzəm marşrut xətti üzrə “BakuBus” MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. 17 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Dəyişiklik dekabrın 16-dan qüvvəyə minəcək. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20 olacaq. Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə əməl etməyən, ən əsası avtobus bazasını yeniləməyən və nağdsız ödəniş sisteminə keçməyən digər daşıyıcılar barəsində də analoji addımlar atılacaq.xeber100.com  

Dekabr 11, 2017 3:00