“WorldBuild Baku 2017” sərgisi işə başlayacaq

Oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi işə başlayacaq və beləliklə də, Xəzər İnşaat Həftəsinə start veriləcək.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.Builki sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər.“WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli vasitələrdən biridir. Belə ki, təşkilatçılar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və digər strukturların sərgi ilə sıx əməkdaşlığı Azərbaycanda tikinti sektorunun inkişafına öz töhfəsini verəcək.xeber100.com

Oktyabr 2, 2017 12:07

“İctimai internet” layihəsi çərçivəsində

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) tərəfindən həyata keçirilən “İctimai internet” layihəsi çərçivəsində “Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı milyonu ötüb.Nazirlikdən Azərtac-a bildirilib ki, ötən həftədən “Baktelekom” tərəfindən elan edilən “Milyonuncu ol, noutbuku sən apar” kampaniyasının qalibi müəyyənləşib. Noutbuka Orxan Cabarov sahib olub.Qeyd edək ki, 1 ay öncə “Baktelekom” tərəfindən istifadəçi artımını stimullaşdırmaq məqsədilə “Pulsuz Wi-Fi” xidmətinin 500 mininci istifadəçisi mobil telefonla mükafatlandırılmışdı.Məlumat üçün bildirilir ki, bu həftə “Pulsuz Wi-Fi” zonalarının sırasına daha biri əlavə edildi. Artıq “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən parkı (“Fashion Avenue”) ziyarət edənlər də ictimai şəbəkədən faydalana bilirlər.Yaxın vaxtlarda Dədə Qorqud və Nərimanov parkları da “Pulsuz Wi-Fi” xidmətinin əhatə dairəsinə daxil ediləcək.Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisini, Heydər Əliyev Mərkəzinin parkını, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarını, Qış və Zabitlər parklarını ziyarət edənlər “Pulsuz Wi-Fi” xidmətindən yararlana bilərlər.xeber100.com

Sentyabr 29, 2017 3:10