Oktyabrın 3-7-də Rusiyanın paytaxtı Moskvada Rusiya Enerji Həftəsi keçiriləcək.Azərtac xəbər verir ki, tədbirdə müzakirəyə çıxarılan əsas mövzular təbii qaz, neft, kömür və elektrik enerjisi olacaq. Rusiyanın yanacaq və enerji sektorunun perspektivlərini nümayiş etdirmək və beynəlxalq əməkdaşlıq potensialını artırmaq məqsədi daşıyan tədbir əsas qlobal və Rusiya enerji şirkətlərinin rəhbərlərini bir araya gətirəcək.Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro, Rusiyanın energetika naziri Aleksandr Novak, İranın neft naziri Bijən Namidar Zəncənə, Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və “Sberbank”ın baş icraçı direktoru Herman Gref iştirak edəcəklər.Həmçinin “Gazprom”, “Novatek”, “Lukoil” və “Rosneft” şirkətlərinin yüksək səviyyəli rəsmiləri də tədbirə qatılacaqlar.2012-ci ildən 2016-cı ilədək beş Enerji Həftəsi keçirilib və əsas istehsalçı şirkətlərin, sənaye sektoru üzrə dövlət qurumlarının nümayəndələri iştirak ediblər.xeber100.com