05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Total” şirkəti seminarlar təşkil edib

Fransanın “Total” şirkətinin mütəxəssisləri SOCAR-da 25 nəfərlik mütəxəssis heyəti üçün təlim-seminarlar keçirib, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, beş gün davam edən seminarda təlim və inkişaf sahəsi üzrə təlim ehtiyaclarının təhlili, təlim büdcəsinin işlənməsi, təlimlərin effektivliyinin ölçülməsi, kouçinq və mentorluq proqramları, elektron təlimlər və digər məsələlər, işə qəbul sahəsi üzrə müsahibə bacarıqları, davranış səriştəsinin düzgün qiymətləndirilməsi, işə qəbulun planlaşdırılması, əmək bazarının araşdırılması və digər məsələlər, karyera planlaması sahəsi üzrə səriştələrin qiymətləndirilməsi, perfomansın qiymətləndirilməsi zamanı yol verilən xətalar, istedadların idarə edilməsi, karyera inkişafı, mükafatlandırma, iş analizi, insan resursları sahəsi üzrə müxtəlif qiymətləndirmə üsullarının tətbiqi və sair mövzular müzakirə edilib, “Total” şirkətinin təcrübəsi öyrənilib.Bildirilib ki, 2008-ci ildən bu günədək “Total” və SOCAR əməkdaşlığı çərçivəsində 28 nəfər azərbaycanlı gənc Fransada təhsil alıb vətənə qayıdıb.xeber100.com

Sentyabr 22, 2017 2:03

“Huawei” şirkətinin istehsalı olan məhsulların təqdimatı keçirilib

Sentyabrın 20-də Bakıda "Huawei" şirkətinin istehsalı olan yeni məhsullarının təqdimatı keçirilib.Azərtac xəbər verir ki, təqdimat mərasimində “Huawei-Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun şirkətin fəaliyyəti haqqında məlumat verib.Cao Zejun bildirib ki, “Huawei” şirkəti korporativ sosial məsuliyyətə daha çox fikir verir, o cümlədən tərəfdaş ölkələrdə IT sahəsində gənc istedadları üzə çıxarmaqda maraqlıdır. O vurğulayıb ki, Azərbaycan hökuməti informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət ayırır və bu prosesdə “Huawei” də iştirak edir. "Huawei" Azərbaycanda reallaşdırılan bir çox layihədə tərəfdaş qismində iştirak edir.Daha sonra “Huawei-Azərbaycan” şirkətinin satış meneceri Elşən Abdulrəhimov şirkətin yeni məhsulları - Huawei P10 və P10 Plus haqqında təqdimatla çıxış edib.Sonda tədbirin iştirakçıları arasında keçirilmiş lotereya qaliblərinə “Huawei” şirkəti tərəfindən hədiyyələr təqdim olunub.xeber100.com

Sentyabr 21, 2017 2:06

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 50,63 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar azalaraq 56,16 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,84 dollar bahalaşaraq 58,71 dollar olub.xeber100.com

Sentyabr 21, 2017 1:06

27 sentyabr Ümumdünya Turizm günü münasibətilə

27 sentyabr Ümumdünya Turizm günü münasibətilə Bakıda Koreya kənd təsərrüfatı məhsulları nümayiş olunacaq.Tədbirin təşkilatçıları - Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (Koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyidir.Koreyanın Azərbaycandakı səfirliyindən Azərtac-a bildirilib ki, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər keçiriləcək.Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.xeber100.com

Sentyabr 21, 2017 1:03

Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə…

Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq azaldılıb.Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Azərtac-a bildirilib ki, burada kiçik və orta bizneslə məşğul olan sahibkarlar dedikdə, illik dövriyyəsi 200 min manatdan aşağı və sadələşdirilmiş vergiödəyiciləri olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Həmin sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.Operativ nəzarət tədbirləri zamanı isə əmək müqavilələrinin bağlanmasına, vergiödəyicilərinin dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə yoxlamaların keçirilməsi və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət istisna olmaqla, digər yoxlamaların keçirilməsi məhdudlaşdırılıb.xeber100.com

Sentyabr 21, 2017 1:00

Mərkəzi Bankda hərrac keçirilib

Sentyabrın 21-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşıb.xeber100.com

Sentyabr 21, 2017 12:56

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar bahalaşaraq 49,86 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar artaraq 55,41 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 57,87 dollar təşkil edib.xeber100.com

Sentyabr 20, 2017 1:20

“Caspian Energy Transport Forum”u öz işinə başlayıb

Sentyabrın 20-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Caspian Energy Transport Forum”u öz işinə başlayıb.Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycan Respublikasında nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir. Nəqliyyat sektorunda nəhəng regional layihələr həyata keçirilir. Bu layihələr sektorun inkişafına, ölkəmizin tranzit potensialının gücləndirilməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir.Azərtac xəbər verir ki, bu fikirləri “Caspian Energy Transport Forum”un açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində sərnişin və yükdaşıma asanlaşır. Bu da ölkə iqtisadiyyatı, regionların inkişafına birbaşa təsir göstərir."Caspian European Club" və "Caspian American Club" çərçivəsində keçirilən forumda, həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi iştirak edir.xeber100.com

Sentyabr 20, 2017 1:04

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 49,87 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar azalaraq 55,38 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,01 dollar ucuzlaşaraq 57,29 dollar olub.xeber100.com

Sentyabr 19, 2017 11:38

“Bakutel 2017” sərgi və konfransı keçiriləcək

Dekabrın 5-dən 8-dək Bakıda XXIII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” sərgi və konfransı keçiriləcək və bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək.“Caspian Event Organisers” şirkətindən Azərtac-a bildirilib ki, “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumatları mübadilə və emal etmək məqsədilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.“Bakutel 2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.xeber100.com

Sentyabr 19, 2017 11:35
    Page 231 of 380« First«...102030...229230231232233...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az