Müştərilərin təkliflərini nəzərə alaraq "Kapital Bank"ın bir sıra filialları şənbə günləri də fəaliyyət göstərəcək.Bankdan Azərtac-a bildiriblər ki, "Kapital Bank"ın "Abşeron", "Binəqədi", "Qara Qarayev", "Şuşa", "Sumqayıt", "Gəncə", "Masallı", "Xəzər", "Bərdə" və "Sabirabad" filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.Şənbə günləri müştərilər bu bank xidmətlərindən istifadə edə bilərlər – kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartların verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən ödəniş tapşırıqlarının qəbulu, hüquqi şəxslərdən əməkhaqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri.xeber100.com