04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərrac elan edib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 10-da keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.Komitədən Azərtac-a bildirilib ki, hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir.Komitədən bildiriblər ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.-si səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir.xeber100.com

Sentyabr 11, 2017 1:36

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, yeni dərs ilində sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadə edəcək.Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonun qoşulması təmin edilir.QSC sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.xeber100.com

Sentyabr 11, 2017 1:19

Bakı Expo Mərkəzində beynəlxalq sərgi keçiriləcək

Azərbaycan Ticarət və Sənaye Palatasının dəstəyi ilə sentyabrın 23-25-də Bakı Expo Mərkəzində ilk dəfə "Shoesstar Caspian ayaqqabı və dəri malları" beynəlxalq sərgisi keçiriləcək. Sərgiyə Azərbaycan, Gürcüstan və İrandan ayaqqabı istehsalı ilə məşğul olan sahibkarlar və iş adamları dəvət olunur.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan Azərtac-a bildiriblər ki, sərgidə 10 ölkənin 30-dan çox ticarət markasının ayaqqabı, çanta, aksesuar, çətir və dəri məmulatlarına qulluq üçün vasitələri təqdim olunacaq. Sərgidə iştirak edən dünya brendləri arasında "Marco Tozzi", "Tamaris", "Caprice", "Jenny", "Flioraj", "Romika", "Glamour", "Beppi", "Carmella", "Refresh", "Bass D", "Analpa", "Keddo" və başqaları da var.xeber100.com

Sentyabr 11, 2017 1:17

“EXPO 2017 Astana” beynəlxalq sərgisində

Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində iştirakçı ölkələrin ən yaxşı pavilyonlarının mükafatlandırılması mərasimi keçirilib.Mükafatlar 115 iştirakçı ölkə arasında bir necə nominasiyada, dizaynı və mövzunun bir neçə kateqoriyada açıqlanması üzrə müəyyənləşdirilib.Sərgidə 400-700 kvadratmetrlik sahədəki pavilyonlar arasında “Sərgi dizaynı” nominasiyasında mövzunun geniş açıqlanması üzrə Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb. 700 kvadratmetrdən çox sahəsi olan pavilyonlar arasında Rusiya subyektlərin açıqlanması, Almaniya isə ən yaxşı dizayn üzrə qızıl mükafata layiq görülüb.Beynəlxalq sərgidə Azərbaycan pavilyonu ən çox ziyarət edilən pavilyonların ilk beşliyinə daxil olub. Azərbaycan pavilyonu ziyarətçilərin ən çox maraq göstərdiyi 10 ekspozisiya arasında dördüncü yerdədir. 400 kvadratmetrdən artıq sahəyə malik olan Azərbaycan pavilyonunda ölkəmizin enerji resursları, tarixi və mədəniyyəti nümayiş etdirilir. Ziyarətçilər burada, həmçinin Bakıya virtual tur da edə bilərlər.Xatırladaq ki, Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb.xeber100.com

Sentyabr 10, 2017 11:54

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 47,48 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,71 dollar azalaraq 53,78 dollar təşkil edib.xeber100.com

Sentyabr 9, 2017 6:48

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 47,48 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,71 dollar azalaraq 53,78 dollar təşkil edib. xeber100.com

Sentyabr 9, 2017 6:47

VII Beynəlxalq Qaz Forumu keçiriləcək

Oktyabrın 3-6-da Sankt-Peterburqda VII Beynəlxalq Qaz Forumu keçiriləcək.Tədbirin təşkilatçısı “EkspoForum-İnternəşnl” Məhdud Məsuliyyətli Cəmiyyətindən Azərtac-a bildiriblər ki, neft və qaz sənayesi mütəxəssislərinin VII Beynəlxalq Konqresi çərçivəsində müxtəlif formatlarda 60 tədbir - plenar iclas, konfranslar, “dəyirmi masa”lar, işgüzar müşavirələr, keys-turnirlər, investisiyalar və s. mövzular müzakirə ediləcək.xeber100.com

Sentyabr 9, 2017 6:43

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar bahalaşaraq 49,21 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar artaraq 54,72 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar ucuzlaşaraq 56,36 dollar olub.xeber100.com  

Sentyabr 8, 2017 2:15

Əməkdaşlıq əlaqələri müzakirə edilib

İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) arasında əməkdaşlıq əlaqələri müzakirə edilib.ƏSF–dən Azərtac-a bildiriblər ki, müzakirələr Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi, Makroiqtisadi dəstək proqramının rəhbəri Reto Veyerman, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin direktor müavini Simona Haberli, SECO-nun Azərbaycan üzrə milli proqram rəhbəri Sənan Şabanov ilə görüşündə aparılıb.Görüşdə qonaqlara ƏSF-nin fəaliyyəti, kompensasiyaların ödənilməsi prosesi, əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə baş verən ən son dəyişikliklər barədə məlumat verilib.Həmçinin ƏSF-nin əsas hədəfləri, gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər, SECO və Əmanətlərin Sığortalanması Fondu arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.xeber100.com

Sentyabr 8, 2017 2:12

“Kapital Bank”ın bir sıra filialları şənbə günləri fəaliyyət göstərəcək

Müştərilərin təkliflərini nəzərə alaraq "Kapital Bank"ın bir sıra filialları şənbə günləri də fəaliyyət göstərəcək.Bankdan Azərtac-a bildiriblər ki, "Kapital Bank"ın "Abşeron", "Binəqədi", "Qara Qarayev", "Şuşa", "Sumqayıt", "Gəncə", "Masallı", "Xəzər", "Bərdə" və "Sabirabad" filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.Şənbə günləri müştərilər bu bank xidmətlərindən istifadə edə bilərlər – kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartların verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən ödəniş tapşırıqlarının qəbulu, hüquqi şəxslərdən əməkhaqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri.xeber100.com

Sentyabr 8, 2017 2:09
    Page 235 of 380« First«...102030...233234235236237...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az