19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Bu il 266 çoxmərtəbəli binaya təbii qaz verilib.“Azəriqaz” İstehsalat Birliyindən (İB) Azərtac-a bildirilib ki, birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-avqust ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 266 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 12 min 323 mənzili əhatə edir.Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.xeber100.com

Sentyabr 5, 2017 11:16

Beynəlxalq Bankın məlumatı əsasında…

“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 2017-ci il sentyabrın 1-də bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.ABB-dən Azərtac-a bildiriblər ki, 2017-ci il iyulun 18-də Azərbaycan Beynəlxalq Bankının kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9 faizə malik kreditorlar planın lehinə səs verib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 2017-ci il avqustun 17-də Planın təsdiqlənməsinə dair qərar çıxarıb. Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 2017-ci il mayın 11-dən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi Rayon Məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaqdır.xeber100.com

Sentyabr 2, 2017 9:38

“AtaBank” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

"AtaBank" ASC-nin 2 filialı sentyabrın 2-4-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bankdan Azərtac-a bildiriblər ki, "Bakı" filialı - Bakı şəhəri, Neftçilər prospekti, 67; 09:00–18:00–dək (fasiləsiz), "Sahil" şöbəsi - Bakı şəhəri, Puşkin küçəsi, 9, qapı 1 və 2; 09:00–18:00–dək (fasiləsiz).Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.xeber100.com

Sentyabr 1, 2017 12:35

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 45,90 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar azalaraq 50,77 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 53,51 dollar olub.xeber100.com

Avqust 31, 2017 6:37

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatı

Dubay-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajı növbəti reys ilə gətiriləcək.Azərtac xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Məlumat verilib ki, Dubay Beynəlxalq Aeroportunda (DXB) baş vermiş fövqəladə hal ilə əlaqədar olaraq, “J2-012” Dubay-Bakı aviareysi ilə səyahət edən sərnişinlərin baqajı təyyarəyə yüklənməyib. Yüklər növbəti reyslər ilə Bakıya çatdırılacaq.AZAL yaranmış narahatçılığa görə sərnişinlərdən üzr istəyir.xeber100.com

Avqust 31, 2017 6:34

Avqustun 31-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.Bankdan Azərtac-a bildiriblər ki, Azərbaycan Mərkəzi Bankının avqustun 31-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7010 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Avqust 30, 2017 5:10

“Pulsuz Wi-Fi” xidməti istifadəyə verilib

Səməd Vurğun və Muğan bağlarında “Pulsuz Wi-Fi” xidməti istifadəyə verilib.“Baktelecom”dan Azərtac-a bildirilib ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən artıq paytaxt sakinləri və şəhərimizin qonaqları Səməd Vurğun və Muğan bağlarında da istifadə edə bilərlər.Qeyd edək ki, indiyədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.xeber100.com

Avqust 30, 2017 5:06

“Türk Hava Yolları” uçuşların sayını artırıb

“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareysi üzrə uçuşların sayını artırıb.Azərtac xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın Bakı ofisindən bildirilib. “Türk Hava Yolları” İstanbul uçuşlarına olan yüksək tələbatı nəzərə alaraq avqustun 27-dən sentyabrın 20-dək gündəlik əlavə bir uçuşun yerinə yetirilməsinə qərar verib. Bununla da, göstərilən tarixlərdə hər gün 5 İstanbul-Bakı-İstanbul uçuşu yerinə yetiriləcək.Qeyd edək ki, uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçirilir.xeber100.com

Avqust 29, 2017 3:01

Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.Azərtac xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. O bildirib ki, avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.Y.İsakovun sözlərinə görə, hazırda gün ərzində 400-450 nəqliyyat vasitəsilə təxminən 11-12 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən yuxarı sərnişin daşınması nəzərdə tutulur. Kənardan dəvət olunmuş nəqliyyat vasitələrində qiymət intizamına nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya yaradılıb.Avtovağzal rəsmisi qeyd edib ki, bütün təyin olunmuş qrafiklər üzrə reyslərə bilet satışları avtovağzalın qabaqcadan satış kassaları vasitəsilə və həmçinin onlayn qaydada 10 gün qabaqcadan həyata keçirilir.xeber100.com  

Avqust 29, 2017 2:57

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Avqustun 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7010 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 29, 2017 2:53
    Page 237 of 380« First«...102030...235236237238239...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az