Neft hasilatının azaldılması üzrə sazişin müddəti uzadılacaq

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada iclası keçiriləcək.Azərtac OPEC-ə istinadla xəbər verir ki, Birgə Monitorinq Komitəsi toplantıya Liviya və Nigeriyanı da dəvət etmək niyyətindədir.OPEC üzvü və kartelə üzv olmayan ölkələrin nümayəndələri neft bazarının yenidən balanslaşdırılmasının təmin olunması üçün bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını nəzərdən keçirəcəklər.Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com

Avqust 24, 2017 1:47

“Azəravtoyol” ASC-nin məlumatına görə…

Suraxanı rayonunun Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2,7 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.Bu barədə Azərtac-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Təmir-tikinti işləri zamanı yol genişləndirilərək 12 metrə çatdırılacaq. Yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir. Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılır. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanmasına start veriləcək. Ümumilikdə 2 qat olmaqla yolun 30 min kvadratmetrə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi nəzərdə tutulub. Səkilərin kənarına 6,5 min poqonmetr yeni səki daşı düzüləcək.Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədilə 4 yerdə xüsusi quyular tikilərək yağış barmaqlıqları, həmçinin gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün bir neçə yerdə ehtiyat keçidlər qoyulacaq. Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır.Suraxanı rayonunun Zığ–Əmircan–Yeni Suraxanı avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.xeber100.com

Avqust 24, 2017 1:41