“Azəravtoyol” ASC-nin məlumatına görə…

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinin giriş hissəsində yeni dairə inşa olunub. Dairənin diametri 15 metr təşkil edir.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir.Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə, həmçinin dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa Zığ qəsəbəsinə giriş və çıxış yolları, Hövsan yoluna normal hərəkəti təmin etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub. Yeni yolların ümumi uzunluğu 1850 metr, eni isə 7-11 metr arası dəyişir. Dairə və yol kənarlarına ümumilikdə 3 min poqonmetrdən çox səki daşı düzülüb.Hazırda ərazidə son tamamlanma işləri aparılır, yeni səki daşları düzülür, 300 metr uzunluğunda istinad divarları inşa edilir. Bu işlər tam olaraq yekunlaşandan sonra zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və oradan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayıb.xeber100.com

İyul 12, 2017 12:01

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb.QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.İyunda 1542 avtomaşın daşınıb. Bunlardan 682-si Ro-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur.Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub.Əlavə edək ki, sözügedən dövrdə 348 min 522 ton maye, 93463,3 ton quru yük daşınıb.Cari ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə, QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.Xatırladaq ki, Gəmiçilik daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.xeber100.com

İyul 11, 2017 12:51

Hesablama Palatası nəzarət tədbirlərinin nəticələrini açıqlayıb

Azərbaycan Respublikası Hesablama Palatası bu ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.Palatadan Azərtac-a bildiriblər ki, Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı kollegiya qərarları qəbul olunub. Nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub.Bu ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib. Belə ki, 2-si nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4 tədbir ilə isə eyni zamanda, fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 milyon manat vəsait əhatə olunub.Hesablama Palatası tərəfindən əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərin nəticəsi olaraq ümumilikdə 4762,8 min manat, 13,4 min ABŞ dolları məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.xeber100.com  

İyul 11, 2017 12:20