NATO Parlament Assambleyasının iclası keçirilib

NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində qurumun iqtisadiyyat və təhlükəsizlik komitəsinin iclası keçirilib.İclasda əsasən qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, bu amillərin iqtisadiyyata təsiri, iqtisadi təhlükəsizlik, NATO PA-nın maliyyələşməsində bərabərlik prinsipləri və s. məsələlər müzakirə olunub.NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərtac-a müsahibəsində deyib ki, iclasda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru Kaxa Qoqolaşvili məruzə ilə çıxış edib. O, ölkəsinin iqtisadi inkişafı, iqtisadi təhlükəsizliyi, investisiya mühiti və imkanları barədə məlumat verib. Gürcü ekspert ölkəsinə investisiya yatiran xarici ölkələr sırasında Azərbaycanın rolunu xüsusi qeyd edib. O deyib ki, Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycan Gürcüstanın təkcə enerji sahəsinə deyil, kənd təsərrüfatı, bank sistemi, infrastruktur layihələrinə də sərmayə qoyur. 2016-cı ildə Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr sırasında birinci yerdə olub. İkinci yerdə dayanan Türkiyənin Gürcüstana yatırdığı sərmayələrin həcmi Azərbaycanın yatırdığı sərmayələrdən iki dəfə azdır.Qoqolaşvili Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars neft və qaz kəmərlərinin regionun və Avropanın enerji təminatında və iqtisadi təhlükəsizliyində əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən daha bir layihənin – Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yaxın vaxtlarda başa çatacaq. Bu layihə Asiya ilə Avropanı birləşdirməklə yanaşı, iqtisadi təhlükəsizliyimizdə və inkişafımızda mühüm rol oynayacaq.xeber100.com

May 27, 2017 10:40

“Caspian European Club”un planında dəyişiklik olunub

“Caspian European Club”un tədbirlər planında dəyişiklik olunub.“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Azərtac-a bildirib ki, iyunun 7-də planlaşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyalar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin olmasıdır.“Rəhbərlik adından mən “Caspian European Club” və “Caspian American Club”un üzvləri, həmçinin bu tədbirlərə gəlməyi planlaşdırmış xarici qonaqlar, şirkət və təşkilat rəhbərləri qarşısında üzr istəyirəm”, - deyə o qeyd edib.Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın nümayəndənin, o cümlədən Xəzər-Qara dəniz regionu və Avropa İttifaqı (Aİ) ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılıb.“Biz maraqlanan bütün şirkətləri iyunun 14-də “Caspian European Club” və “Caspian American Club” çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevim iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik”, - deyə T.Əliyev bildirib.“Caspian European Club” və “Caspian American Club” ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə tək¬liflər irəli sürmək, həmçinin cavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.xeber100.com

May 26, 2017 3:47