19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı

ABŞ-da xam neft hasilatı ötən hesabat həftəsində gündəlik 9 min barrel azalıb. Bu o deməkdir ki, ölkədə neft hasilatı ardıcıl 12 həftə artımdan sonra ötən həftə ilk dəfə azalıb.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə neft istehsalı ötən həftə sutkada 9 min barrel (0,4 faiz) azalaraq 9,3 milyon barrel olub.ABŞ-da kommersiya xam neft ehtiyatları 1,8 milyon barrel və ya 0,3 faiz azalaraq 520,8 milyon barrel olub. Ölkədə benzin ehtiyatları da qeyd edilən dövr ərzində 0,4 milyon barrel və ya 0,2 faiz azalaraq 240,7 milyon barrel təşkil edib. Ölkənin neft idxalı 970 min barrel artaraq 8,59 milyon barrel olub.xeber100.com

May 18, 2017 3:46

Mərkəzi Bank mayın 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.Bankdan Azərtac-a bildiriblər ki, Azərbaycan Mərkəzi Bankının mayın 19-na USD/AZN rəsmi məzənnəsi 1,7023 manat səviyyəsində müəyyən olunub.xeber100.com  

May 18, 2017 3:43

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 48,43 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar azalaraq 51,47 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 52,89 dollar təşkil edib.xeber100.com

May 17, 2017 12:04

XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri açılıb

Mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri açılıb.Azərtac xəbər verir ki, sərgidə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, bu ilin 4 ayında kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Son illər aqrar sektorun yeni siması formalaşıb. Aqrar sektor artıq özünün ixrac qabiliyyətini sübut etməyə başlayıb. Belə bir sərginin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsində, işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır. Bugünkü sərgidə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkətin iştirak etdiyini deyən nazir şirkətlərin 70 faizinin xarici eksponentlər, 30 faizini isə yerli şirkətlər təşkil etdiyini bildirib.xeber100.com

May 17, 2017 12:00

Bu gün Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu ümumbəşəri tarixin qeyd olunması Beynəlxalq Teleqraf İttifaqının əsasının qoyulması ilə bağlıdır. Hazırda bu qurum Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanır.Azərtac xəbər verir ki, 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq İnformasiya Cəmiyyəti Günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilib və 27 mart 2006-cı ildə 17 may tarixi "Beynəlxalq İnformasiya Günü" elan edilib.Daha sonra, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ilin noyabrında 17 may tarixini "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü" kimi qeyd etməklə bağlı qərar qəbul edib.Ənənəvi olaraq BMT və BTİ baş katibləri bu gün ilə əlaqədar illik müraciətlə çıxış edirlər.Artıq uzun illərdir ki, beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alır.xeber100.com

May 17, 2017 11:57

“Ticarət Bağlılığı” bəyannaməsi imzalanıb

Azərbaycanla Çin arasında ticarətin və investisiyaların təşviqi ilə regionboyu ölkələrin birgə əməkdaşlığını nəzərdə tutan “Ticarət Bağlılığı” bəyannaməsi imzalanıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda iştirak edib. Nümayəndə heyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yüksək vəzifəli şəxslərlə təmsil olunub.xeber100.com

May 16, 2017 12:56

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft ixracından əldə etdiyi gəlirlərin artacağı nəzərdə tutulur.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, OPEC-in neft ixracı üzrə gəlirləri 2016-cı ildə 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Belə ki, təşkilatın ixrac gəlirləri ötən il neft qiymətinin ucuzlaşması və ixracdakı azalma ilə əlaqədar olaraq 15 faiz azalaraq təqribən 433 milyard dollar olub. Bu, OPEC-in neft ixracı üzrə gəlirlərinin son 12 ildəki minimum göstəricisidir.OPEC-in ixrac gəlirlərinin bu il ərzində 539 milyard dollaradək artacağı proqnozlaşdırılır.xeber100.com

May 16, 2017 12:26

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar bahalaşaraq 49,04 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 52 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,49 dollar bahalaşaraq 53,11 dollar təşkil edib.xeber100.com

May 16, 2017 12:24

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Mayın 16-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildiriblər ki, hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri- yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Belə ki, adıçəkilən əmlak 1 milyon 355 min 500 manata özəlləşdirilib. Həmin əmlakın torpaq sahəsi 7869 kvadratmetr, ümumi faydalı sahəsi isə 958 kvadratmetr təşkil edir. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyasında qiyməti ilə digərlərindən fərqlənir. Belə ki, həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, torpaq sahəsi isə 22 min 239 kvadratmetr təşkil edir.xeber100.com  

May 16, 2017 12:21

Vergilər Nazirliyinin məlumatına görə…

Təqaüdçülər yaşadığı evə və torpağa görə qanunla bələdiyyə vergisi ödəməlidirlərmi?Azərtac-ın məlumatına görə, bu suala Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən cavab olaraq bildirilib ki, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisi və xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalara görə əmlak vergisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanaraq yerli (bələdiyyə) büdcəyə ödənilməlidir.Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, təqaüdçülərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.Torpaq vergisi üzrə isə təqaüdçülərə vergi güzəştinin məbləği Vergi Məcəlləsi ilə müəyyən edilməyib. Bununla yanaşı, bələdiyyələr yerli vergiödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək barədə qərar qəbul edə bilərlər.xeber100.com  

May 15, 2017 2:21
    Page 269 of 380« First«...102030...267268269270271...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az