Beynəlxalq Bankın müraciəti əsasında…

Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib.Bankdan Azərtac-a bildiriblər ki, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək."Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB Bankın xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət edib. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olunub. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir", - deyə ABB-nin idarə heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən bildirib.xeber100.com

May 13, 2017 9:44

“Bank of Baku”nun məlumatına görə…

"Bank of Baku" nağd pul krediti əldə etmək istəyən müştəriləri üçün yeni və daha sərfəli şərtlərlə rəsmiləşdirmə imkanı yaradır.Bankdan Azərtac-a bildiriblər ki, məbləği və ödəniş müddəti artırılan nağd pul kreditini indi müştərilər daha aşağı faizlə, 24 ay müddətinə əldə edə biləcəklər.Şərtləri yüngülləşdirilmiş kredit məhsulunda Bankın tətbiq etdiyi əsas yeniliklər arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:Kreditin məbləği 10.000 manatadək artırıldı;Təhsil və Tibb əməkdaşlarına özəl güzəştli şərtlər tətbiq olundu – əməkhaqqı tələbi vergilər daxil 200 manatadək endirildi;Maaş kartı digər banklarda olan müştərilərə kredit almaq imkanı yaradıldı - əməkhaqqı kartınızın hansı bankdan olmasından asılı olmayaraq "Bank of Baku"ya nağd pul krediti üçün müraciət edə bilərsiniz;ZAMİNSİZ kreditləşmə imkanı yaradıldı – iri özəl müəssisələrdə çalışan və aylıq gəliri yüksək olan şəxslərə 10000 manatadək kredit zaminsiz verilə bilər;ÇEVİK rəsmiləşmə - təcili olaraq pula ehtiyacı olan şəxslər üçün bir çox hallarda kreditin 30 dəqiqə ərzində rəsmiləşdirilməsi mümkün olacaq;Ödəniş müddəti 24 ayadək uzadıldı.İllik faiz dərəcəsi aşağı salındı;Rəsmiləşdirmə komissiyası isə sadəcə 1 faiz təşkil edir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan bu kredit məhsulunu Bankın həm köhnə müştəriləri, həm də ilk dəfə müraciət edəcək potensial yeni müştəriləri əldə edə bilər. Yüksək məbləğli, uzunmüddətli, aşağı faizli və çevik kreditləşmə istəyən şəxslər iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı Bankdan ayrılmadan bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

May 11, 2017 12:55