Rusiya Energetika Nazirliyinin məlumatı

Rusiya Neft İxarc edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən və bu ilin birinci yarısını nəzərdə tutan neft hasilatının azaldılması üzrə sazişin daha altı ay uzadılmasını dəstəkləyir.Azərtac xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bir sıra ssenarilər üzərində dəyərləndirmələr aparılır və neft hasilatının azaldılması sazişinin müddətinin daha uzun bir dövr üçün uzadılmasının bazarda yenidən tarazlığın yaranmasını sürətləndirməyə kömək edə bilər. Rusiya tərəfdaşlarının qlobal neft bazarında yenidən tarazlığın yaranmasına yönələn səyləri ilə tam həmrəyliyini bir daha təsdiqləyir və indiyədək göstərilən birgə səylərin də bu prosesdə təsirli olduğunu düşünür.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi bu ilin ötən dörd ayında tam yerinə yetirib.Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.xebber100.com

May 8, 2017 12:46

“Gulfood” sərgisində iştirak etmək üçün ixracatçıların müraciətləri qəbul edilib

İqtisadiyyat Nazirliyi gələn il fevralın 18-22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək "Gulfood" Beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak etmək üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vahid ölkə stendində maksimum 50 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında noyabrın 17-də AZPROMO-da təşkil olunacaq.Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.Vahid ölkə stendində iştirak etmək üçün ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar oktyabrın 30-dək AZPROMO-ya təqdim edilməlidir.xeber100.com

May 8, 2017 12:37

İqtisadiyyat Nazirliyinin məlumatına görə…

İqtisadiyyat Nazirliyi gələn il fevralın 5-dən 9-dək Moskva şəhərində keçiriləcək "PRODEXPO" beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, vahid ölkə stendində maksimum 50 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında oktyabrın 27-də AZPROMO-da təşkil olunacaq.Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.Vahid ölkə stendində iştirak etmək üçün ərizə; nümayiş olunacaq məhsulların siyahısı; sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar oktyabrın 2-dək AZPROMO-ya təqdim edilməlidir.xeber100.com

May 7, 2017 2:37

“Bakı Metropoliteni” QSC-nin məlumatı

“Xətai” metro stansiyasının orta zalı istifadəyə verilib.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri N.Paşayev deyib.O bildirib ki, yenidənqurmadan sonra metro stansiya görkəmini tam dəyişib. “Xətai” metro stansiyasının orta zalında əsaslı təmir, yenidənqurma və sağlamlaşdırma tədbirləri başa çatdırılıb. Artıq sərnişinlər stansiyanın sərnişinpaylama funksiyasını yerinə yetirən orta zaldan maneəsiz istifadə edəcəklər. Qeyd edək ki, “Xətai” və “Cəfər Cabbarlı” metro stansiyaları arasında gediş-gəlişi tam məhdudlaşdırmamaqla burada təmir-yenidənqurma işlərini mərhələli şəkildə həyata keçirir.N.Paşayev qeyd edib ki, stansiyanın istifadəyə verilən orta zalı görkəmini tamamilə dəyişib. Yol divarının aşağı hissəsində düzülmüş iki cərgəli mərmər üzlüklü səth ağ rəngli alüminium divar-tavan kompozisiyası ilə əvəzlənib. Birinci yolda olduğu kimi, orta zal da “Durlum “GmbH” şirkətinin korroziyaya davamlı özəl metal asma tavan, divar lövhələri və LED işıqlandırma sistemləri ilə təchiz edilib. Metro stansiyalarında ilk dəfə istifadə olunan bu materiallarla yanaşı, bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə olunub. Təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub. Buna səbəb 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qalmasıdır. Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.xeber100.com  

May 6, 2017 9:40

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Qlobal bazarda xam neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə enib.Azərtac xəbər verir ki, "Brent" markalı neftin qiyməti 47 dollar/barrelə, "Layt"ın qiyməti isə 44 dollar/barrelədək ucuzlaşıb. Beləliklə, hər iki neft növünün bir barrelinin qiyməti ötən il noyabrın 30-dan bu günədək ən aşağı səviyyəyə geriləyib. Həmin tarixdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və Rusiya xam neft hasilatı bu ilin ilk yarısınadək azaltmaq barədə qərar qəbul etmiş, nəticədə neftin qiyməti həmin gün 9 faiz artım göstərmişdi.OPEC və Rusiya arasındakı bu müqavilənin ardından qlobal bazarda neftin qiyməti son 5 ayda 50-55 dollar/barrel arasında dəyişib. Lakin son həftələrdə neftin qiyməti aşağı düşməyə başlayıb. İki həftə əvvəl təxminən 7 faiz ucuzlaşan neft hazırda daha 5 faizə yaxın qiymət itkisinə məruz qalıb.Analitiklər müqavilənin bu ilin ikinci yarısını da əhatə etməsi məsələsində qeyri-müəyyənliyin davam etdiyini bildirirlər. OPEC-in mayın 25-də Avstriyanın paytaxtı Vyanada keçirəcəyi toplantının bazar və neftin qiyməti üçün əhəmiyyəti vurğulanır.Bundan başqa, ABŞ-ın artan xam neft hasilatı qlobal təklifi də artırır və bu, qiymətin aşağı düşməsinə səbəb olur. Ölkənin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, dünyanın ən böyük üçüncü neft istehsalçısı olan ABŞ-ın neft hasilatı keçən il noyabr ayının sonundakı gündəlik orta hesabla 8,7 milyon barrelldən ötən həftə 9,3 milyon barrelədək yüksəlib. Beləliklə də, ABŞ-ın xam neft hasilatı son 5 ayda 6,9 faiz çoxalıb. EIA-nın məlumatına görə, ölkədə neft istehsalı son 11 həftədir artmaqda davam edir.xeber100.com

May 5, 2017 3:09