28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Neftin qiyməti müxtəlif istiqamətdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 49,52 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar azalaraq 52,09 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 53,41 dollar təşkil edib.xeber100.com

Aprel 26, 2017 3:19

Enerji əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Azərbaycan ilə Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.Azərtac xəbər verir ki, müzakirələr aprelin 26-da energetika naziri Natiq Əliyevin Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşündə aparılıb.Natiq Əliyev Azərbaycanın və Səudiyyə Ərəbistanının bazarda neftin qiymətinin stabilləşməsi üçün Neft İxrac edən Ölkələr Təşkilatı və bəzi qeyri-OPEC ölkələri çərçivəsində birgə səylər göstərdiyini deyib. Nazir bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.Xalid Əbdüləziz Əl Falih isə Azərbaycanın neftin qiymətinin bahalaşmasını nəzərdə tutan addımlarda iştirakının əhəmiyyətini qeyd edib. Nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.xeber100.com

Aprel 26, 2017 3:17

“Gazprom” şirkəti bu il təbii qaz istehsalını artıracaq

Rusiyanın enerji nəhəngi "Gazprom" şirkəti bu il təbii qaz istehsalını artıracaq.Azərtac şirkətə istinadla xəbər verir ki, "Gazprom" builki qaz hasilatını 2016-cı illə müqayisədə 2,7 faiz artıraraq 430,4 milyard kubmetrə çatdırmağı hədəfləyir."Gazprom" təbii qaz istehsalını 2016-cı ildə əvvəlki ilə görə 0,6 faiz yüksəldərək 419,1 milyard kubmetrə çatdırmışdı.Şirkət bu il təbii qazla yanaşı 15,3 milyon ton kondensat və 41,1 milyon ton neft istehsal etməyi planlaşdırır. "Gazprom" keçən il 39,3 milyon ton neft hasil edib ki, bu da şirkətin tarixində ən yüksək göstərici olub.xeber100.com

Aprel 26, 2017 3:13

“Azəravtoyol” ASC sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” ASC Nəsimi rayonu ərazisindəki bəzi küçələrdən istifadə edən sürücülərə xəbərdarlıq edib.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə bu gün Nəsimi rayonu Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev Sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.Analoji işlər 22:00-dan etibarən, həmçinin Nəsimi rayonu Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.xeber100.com

Aprel 25, 2017 2:25

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Aprelin 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 25, 2017 2:20

“PAŞA Bank” ASC-nin yeni strategiyası hazırlanır

"PAŞA Bank" ASC-nin 2018-2020-ci illəri əhatə edən yeni strategiyası hazırlanır. Əsas hədəf korporativ bankçılıq sahəsində bankın mövqeyinin gücləndirilməsidir.Azərtac xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov aprelin 25-də "PAŞA Bank"ın ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib."Yeni strategiyanın hazırlanması iyun ayının ortalarında başa çatacaq. Strategiyada kiçik və orta sahibkarlara dəstək verilməsi əsas istiqamətlərdəndir. Kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, fərdi bankçılıq sahəsində bankın bazar payını artırmaq niyyətindəyik", - deyə T.Kazımov diqqətə çatdırıb.xeber100.com

Aprel 25, 2017 2:15

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar bahalaşaraq 49,85 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar artaraq 52,24 dollar olub.xeber100.com

Aprel 24, 2017 12:08

“Kapital Bank” nağd pul krediti təklif edir

“Kapital Bank” hər zaman müştərilərə sərfəli şərtlərlə kredit məhsulları ilə yanaşı, hazırda müştərilərinə manatla nağd pul krediti təklif edir.Bankdan Azərtac-a bildiriblər ki, “Gündəlik tələbat krediti”nin məbləği 300–20 min manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqı və ya təqaüdünü “Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir.xeber100.com

Aprel 24, 2017 12:05

Mərkəzi Bankın məlumatına görə…

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, aprelin 24-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 365,30 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,71 faiz təşkil edib.xeber100.com

Aprel 24, 2017 12:01

Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərrac keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 23-də yeni hərrac keçiriləcək.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu hərraca ümumilikdə 133 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 74 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılıb.Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.xeber100

Aprel 24, 2017 11:54
    Page 277 of 381« First«...102030...275276277278279...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az