Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatı

“Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək üçün Regional Data Mərkəzinin texniki imkanlarından istifadə ediləcək.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, nazirliyin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə əməkdaşlığa başlayıb.Müqaviləyə əsasən, “MİDA” TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Regional Data Mərkəzində əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək. Bu da, öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.Bundan əlavə, “MİDA” MMC “Elektron hökumət” portalına inteqrasiya etdiyi “Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək məqsədilə “AzInTelecom” MMC-nin Regional Data Mərkəzinin texniki imkanlarından yararlanmağı planlaşdırır. Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli işinə şərait yaratmaqla yanaşı, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin olunmasına imkan verəcək.Regional Data Mərkəzi bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və s.) təklif edir.Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.xeber100.com  

Aprel 20, 2017 2:38

“Bakı Metropoliteni” QSC-nin məlumatı

Aprelin 18-dən “İnşaatçılar” metro stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayıb.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, 1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvarın 23-dən sərnişinlərin giriş-çıxışına bağlanıb.Təmir müddətində stansiyanın 30 illik istismar müddətini başa vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela” tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir.Ötən müddət ərzində eskalatorların maşın zalı, vestibülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Sərnişin keçid-məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında “BakıKart” kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Bundan savayı, həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub.Təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.xeber100.com

Aprel 18, 2017 12:21