07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 36 min 14-ə çatıb.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, İB istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini cari ildə də davam etdirir. Yanvar-mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 min 554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12 min 570-i Bakı, Abşeron və Sumqayıtın, 14 min 984-ü isə regionların payına düşür.Aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.xeber100.com

Aprel 12, 2017 11:57

IV Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilir

Aprelin 12-də Bakıda IV Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilir. Forum Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un (Caspian Business Club) dəstəyi ilə təşkil edilib.Azərtac xəbər verir ki, “Caspian European Club” və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək olduğunu deyib. “Bundan əvvəlki üç forum da Bakıda təşkil olunmuşdu. Belə forumlar dünyanın 50 ölkəsində keçiriləcək. Ümid edirik ki, bu forum da uğurlu olacaq”, - deyə T.Əliyev bildirib.Forumun açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin IV Beynəlxalq “Caspian Energy Forum -2017”nin iştirakçılarına videomüraciətləri səsləndirilib.Sonra forum öz işini sessiyalarla davam etdirib.xeber100.com  

Aprel 12, 2017 11:55

“AzəriLayt” markalı neftin qiyməti 0,23 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar bahalaşaraq 53,53 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 56,39 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 55,93 dollar təşkil edib.xeber100.com

Aprel 12, 2017 11:52

Enerji İnformasiya Administrasiyasının neftin qiyməti üzrə proqnozu…

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il və 2018-ci il üçün neftin qiyməti üzrə proqnozunu dəyişib.Azərtac xəbər verir ki, bu barədə administrasiyanın aylıq hesabatında bildirilir. EIA bu il “Brent” markalı xam neftin orta qiymətinin 54 dollar/barrel, “Layt” markalı neftin orta qiymətinin isə 52 dollar/barrel olacağını nəzərdə tutur. Administrasiya keçən ay yayımladığı hesabatda "Brent" və "Layt" neftinin bir barrelinin orta qiymətinin müvafiq olaraq 55 və 54 dollar olacağını proqnozlaşdırırdı.EIA neftin qiyməti üzrə proqnozunu gələn il üçün də dəyişib. Belə ki, administrasiya “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 56 dollardan 55 dollara endirib, “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu isə dəyişməyərək 57 dollarda saxlayıb.xeber100.com

Aprel 12, 2017 11:49

Energetika Nazirliyinin görəcəyi işlər müzakirə olunub

Strateji Yol Xəritələri üzrə Energetika Nazirliyinin görəcəyi işlər müzakirə olunub.Nazirlikdən Azərtac-a bildirilib ki, müzakirələr “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə aid tədbirlər planı çərçivəsində Energetika Nazirliyinin yerinə yetirəcəyi vəzifələr üzrə yaradılan işçi qrupunun iclasında aparılıb. İclasda kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 4 strateji hədəfini, 10 prioritet istiqamətini əhatə edən 20 tədbirin, eləcə də ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə bir tədbirin əsas icraçısı kimi Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə bu il görüləcək işlər müzakirə edilib.xeber100.com

Aprel 12, 2017 11:46

“Layt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 53,01 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar azalaraq 55,94 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,85 dollar bahalaşaraq 56,16 dollar təşkil edib.xeber100.com

Aprel 11, 2017 2:53

“Azəravtoyol” ASC-nin məlumatına görə…

Bakı şəhərində iki ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.Analoji işlər bu gün axşam 22:00-dən Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda aparılacaq. Rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək.Bundan başqa sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək.“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.xeber100.com

Aprel 11, 2017 2:48

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Aprelin 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7029 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 11, 2017 2:45

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar bahalaşaraq 52,50 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar artaraq 55,47 dollar olub.xeber100.com

Aprel 10, 2017 3:10

Bakı Şopinq Festivalına İçərişəhərdən start veriləcək

Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. İlk dəfə təşkil ediləcək Bakı Şopinq Festivalı artıq start ərəfəsindədir.Azərbaycan Konqreslər Bürosundan Azərtac-a verilən məlumata görə, Bakı Şopinq Festivalına İçərişəhərin Qoşa qala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək.“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı proqramda respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.xeber100.com

Aprel 10, 2017 1:52
    Page 282 of 381« First«...102030...280281282283284...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az