“Azəravtoyol” ASC-nin məlumatına görə…

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir.Bu barədə Azərtac-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. İnşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi başa çatdırılıb, metal aşırım hissələri quraşdırılıb. Eyni zamanda, hər iki tərəfdən metal pilləkənlərin quraşdırılması işləri də yekunlaşıb. Metal aşırım hissələrinin tənzimlənməsindən və məhəccərlər quraşdırıldıqdan sonra keçidin ətrafında abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq, keçiddə müasir işıqlandırma sistemi qurulacaq, təhlükəsizlik kameraları quraşdırılacaq.Qeyd olunub ki, piyada keçidinin ətrafında 2 avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.Sözügedən yüngül konstruksiyalı piyada keçidi bir aşırımlı (orta dayaqsız) və üstü açıq olaraq qurulub. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir.Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.xeber100.com

Mart 29, 2017 2:43

Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatı

Sosial mənzillərin tikintisi regionlarda da aparılacaq.Mənzil İnşaatı Dövlət Agentliyindən Azərtac-a bildirilib ki, ölkə başçısının 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən güzəştli mənzillərin satış qaydaları müəyyən edilib. Sənəddə mənzillərin vətəndaşlar tərəfindən alınma mexanizmi və bu mənzilləri almaq hüququ olan əhali kateqoriyası da göstərilib. Əsas diqqət isə gənc ailələrə verilir.Tikinti işlərinin 30 faizindən çoxunun başa çatmasından sonra, güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq. Eyni zamanda, ödəniş şərti də seçilə bilər - bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər.Mənzilin dəyəri daxili perimetr üzrə hesablanacaq. Təqdim edilən 33 kvadratmetrlik birotaqlı mənzil xarici perimetrin hesablanması zamanı 40 kvadratmetrə çıxacaq. Bu isə artıq 20 faiz fərq – artım deməkdir.Dövlətin güzəştli mənzil proqramı iki əsas güzəşt təqdim edir. Belə ki, mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq. Eləcə də, Azərbaycan İpoteka Fondu tərəfindən illik 4 faizlə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq.Sənəddə, həmçinin hər il 3 min yeni mənzilin istifadəyə verilməsi öhdəlik kimi qoyulur. Bu, əmlak bazarının, təxminən, 10 faizi deməkdir. Sonrakı mərhələlərdə uyğun qiymətə əmlak sistemini ölkənin başqa şəhər və regionlarında inkişaf etdirmək öhdəliyi müəyyən edilib.xeber100.com

Mart 28, 2017 8:47

Sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, sənaye məhsulunun 22,5 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Emal sektorunda qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, kağız və karton istehsalı 4,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3 faiz, tikinti materiallarının istehsalı 71,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 23,0 faiz, kompüter və elektron məhsulların istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6 faiz, mebel istehsalı 73,2 faiz artıb.Bu müddət ərzində tütün məmulatlarının istehsalı 63,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2 faiz, poliqrafiya məhsullarının istehsalı 66,1 faiz, neft məhsullarının istehsalı 6,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, hazır metal məmulatlarının istehsalı 11,0 faiz, maşın və avadanlıqların istehsalı 66,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7 faiz azalıb.xeber100.com

Mart 25, 2017 2:06