07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Əməkdaşlıq məsələləri müzakirə edilib

Mədəniyyət və turizm nazirinin müavini N.Səmədovla Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti Xalid Ali Naemi arasında görüş keçirilib.Nazirlikdən Azərtac-a bildirilib ki, görüşdə N.Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsindən söz açan nazir müavini deyib ki, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğunun nəticəsi olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayı 5.5 dəfə artıb.Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub.xeber100.com

Yanvar 19, 2017 3:14

Azərbaycan və BMT əməkdaşlığı…

Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib.İqtisadiyyat Nazirliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi (UNAPF) üzrə Azərbaycan hökuməti tərəfindən əlaqələndiricidir.BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, sənəddən irəli gələn vəzifələr barədə məlumat verib. Q.İshaqzai BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması zamanı bir sıra maraqlı tərəflərlə - hökumət qurumları, özəl sektor, vətəndaş cəmiyyətləri ilə müxtəlif müzakirələrin aparıldığını, sənəddə digər məsələlərlə yanaşı, inklüzivliyə, cəmiyyətdə gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə də xüsusi diqqət yetirildiyini qeyd edib.İdarəetmə Komitəsinin iclası çərçivəsində birgə iş planları, cari il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib, UNAPF Nəticə Qrupları tərəfindən prioritet sahələr üzrə təqdimatlar keçirilib, UNAPF üzrə İstiqamətləndirici Komitənin tərkibi və UNAPF nəticələr qruplarının səlahiyyət dairələri təsdiq edilib.xeber100.com

Yanvar 19, 2017 3:01

Beynəlxalq əməkdaşlığa dair sammit keçiriləcək

May ayında Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair sammit keçiriləcək.Azərtac bildirir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin bu barədə Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı məlumat verib.Həmin sammitin məqsədi sözügedən strategiya çərçivəsində gələcək əməkdaşlıq üçün platforma yaradılması və əməkdaşlıq planlarının birgə müzakirə edilməsidir. Forumda qlobal və regional iqtisadiyyat məsələlərinin həllinin axtarışı və strategiyanın reallaşdırılmasının sürətləndirilməsi gözlənilir.xeber100.com

Yanvar 19, 2017 2:52

Milli Məclisdə bir sıra qanun layihələri müzakirə edilib

Yanvarın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə əvvəlcə 2016-cı il payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, payız sessiyası ərzində 85 məsələ müzakirə olunub.Daha sonra gündəliyə uyğun olaraq “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Gömrük tarifi haqqında” və Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə məsələ nəzərdən keçirilib.xeber100.com

Yanvar 19, 2017 2:44

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən…

Qlobal neft təklifi keçən ilin dekabr ayında noyabrla müqayisədə gündəlik 600 min barrel azalaraq 97,6 milyon barrel təşkil edib.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı dekabrda əvvəlki ayla müqayisədə gündəlik 320 min barrel azalaraq 33,09 milyon barrelə enib. OPEC-in xam neftdən başqa digər şərti olmayan istehsalı isə gündəlik 6,80 milyon barrel təşkil edib. Beləliklə də, OPEC-in ümumi neft istehsalı 39,89 milyon barrel olub.Dekabrda qlobal neft istehsalı noyabrla müqayisədə azalsa da, keçən ilin eyni ayına görə gündəlik 200 min barrel artıb. Keçən ay qeyri-OPEC ölkələrinin neft istehsalı gündəlik 315 min barrel azalaraq 57,7 milyon barrel olub.IEA-nın proqnozlarına görə, bu il qeyri-OPEC ölkələrinin neft təklifi keçən illə müqayisədə gündəlik orta hesabla 385 min barrel artaraq 58 milyon barrel olacaq. Hesabata görə, bu il qlobal neft tələbatının 97,8 milyon barrelə yüksəlməsi gözlənilir. Keçən il istehsal səviyyəsi isə 96,5 milyon barrel təşkil edib.

Yanvar 19, 2017 2:40

“AzəriLayt” markalı neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar bahalaşaraq 52,48 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 55,47 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar bahalaşaraq 56,29 dollar təşkil edib.xeber100.com

Yanvar 18, 2017 2:36

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, yanvarın 18-də saat 09:20-dən işlər başa çatanadək Bakının Binəqədi rayonunun Çiçək yaşayış massivinin, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri və Baş Güzdək, Aşağı Güzdək, Qobu, Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Yanvar 18, 2017 2:30

Dövlət Statistika Komitəsinin məlumatı

Dövlət Statistika Komitəsində “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 5-ci iclası keçirilib.Komitədən Azərtac-a bildirilib ki, iclasda Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA), Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun nümayəndələri iştirak ediblər.İclasda layihənin komponent rəhbərləri tərəfindən görülən işlərə dair hesabatlar təqdim olunub. Layihə çərçivəsində planlaşdırılmış işlərin yerinə yetirilməsi müzakirə edilib, qarşıda duran məsələlərin və nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.xeber100.com

Yanvar 18, 2017 2:25

Ümumdünya Məlumat Forumu keçirilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Komissiyasının təşkilatçılığı ilə yanvarın 15-18-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində birinci Ümumdünya Məlumat Forumu keçirilir. Forumda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Y.Yusifov, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru X.Məmmədov iştirak edirlər.Komitədən Azərtac-a bildirilib ki, milli statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi birliklərin, qeyri-dövlət tədqiqat şirkətlərinin, statistika məlumatlarının istifadəçiləri olan maraqlı tərəflərin mindən çox nümayəndəsinin qatıldığı forumun gündəliyinə dayanıqlı inkişaf naminə statistik məlumatlardan daha geniş istifadə üçün onların hazırlanması və yayılmasında yaranmış yeni imkanlarla bağlı aktual məsələlər daxil edilib.xeber100.com  

Yanvar 18, 2017 2:20

Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salınıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı aviareysini təxirə salıb.Azərtac xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu gün saat 10:00-da, 14:50-də həyata keçirilməli olan Bakı-Naxçıvan və 13:30-da, 18:20-də baş tutacaq olan Naxçıvan-Bakı aviareysi təxirə salınıb. Reyslərin təxirə salınmasına səbəb isə sərnişinlərin az olmasıdır.xeber100.com

Yanvar 18, 2017 2:13
    Page 310 of 381« First«...102030...308309310311312...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az