Təbii qaz tədarükü üzrə təhlükəsizlik təmin ediləcək

Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Türkiyə iqtisadiyyatının ən mühüm problemi olan cari kəsir kompensasiya olunacaq və ölkənin təbii qaz tədarükü üzrə təhlükəsizliyi təmin ediləcək.Anadolu agentliyi xəbər verir ki, bunu “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov deyib.“Hazırda SOCAR Türkiyənin ən iri xarici sərmayədar mövqeyindədir. SOCAR dünyanın bir neçə ölkəsinə investisiya yatırır. Lakin bu investisiyaların ən böyük həcmi məhz Türkiyədədir. Çünki Türkiyə iqtisadiyyatına çox inanırıq”, - deyə o bildirib.A. Məmmədov qeyd edib ki, Türkiyə nəzərdə tutulan investisiya qoyuluşunun 11 milyard dollarlıq hissəsi başa çatdırılıb. Ümumilikdə isə 18 milyard dollar məbləğində investisiya qoyuluşu nəzərdə tutulur və bütün layihələrin 2020-ci ildə tamamlanması planlaşdırılır.O, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq təbii qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınmasını nəzərdə tutan TANAP-ın iki ölkəyə də mühüm töhfələri olacağını vurğulayıb: “TANAP ilə ilk qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaq”.Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.xeber100.com

Mart 30, 2017 2:33

“Azəravtoyol” ASC-nin məlumatına görə…

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir.Bu barədə Azərtac-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. İnşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi başa çatdırılıb, metal aşırım hissələri quraşdırılıb. Eyni zamanda, hər iki tərəfdən metal pilləkənlərin quraşdırılması işləri də yekunlaşıb. Metal aşırım hissələrinin tənzimlənməsindən və məhəccərlər quraşdırıldıqdan sonra keçidin ətrafında abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq, keçiddə müasir işıqlandırma sistemi qurulacaq, təhlükəsizlik kameraları quraşdırılacaq.Qeyd olunub ki, piyada keçidinin ətrafında 2 avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.Sözügedən yüngül konstruksiyalı piyada keçidi bir aşırımlı (orta dayaqsız) və üstü açıq olaraq qurulub. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir.Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.xeber100.com

Mart 29, 2017 2:43