Vergi Məcəlləsinə əsasən…

2017-ci il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əsasən, mallar yalnız hesabat blankları vasitəsilə alınmalıdır. Əks halda bu, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vergidən yayınmasına səbəb ola bilər. Bununla bağlı vergiödəyicilərinin üzərinə hansı vəzifələr düşür və qanunu pozanlara qarşı sanksiyaların tətbiqi nəzərdə tutulubmu?Azərtac xəbər verir ki, Vergilər Nazirliyinin vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin və vergitutma obyektlərinin uçotunu aparmağın hər bir vergiödəyicisinin vəzifəsi olduğunu bildirib.Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu məsələlərə də aydınlıq gətirilib. Eyni zamanda, qanunun tələbini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi də Vergi Məcəlləsində nəzərdə tutulub. “Belə ki, hər bir vergiödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-faktura verməyə borcludur. Məlum olduğu kimi, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Bu cür halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərlə məsuliyyət tədbirləri planlaşdırılıb”.xeber100.com

Mart 20, 2017 6:27

“İctimai internet” şəbəkəsi istifadəyə verilib

Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən həyata keçirilən, əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilib. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər.AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimində “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Marko Fu bildirib ki, artıq “Huawei” ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Novruz bayramı ərəfəsində təqdim olunan “İctimai Wi-Fi” da həmin tərəfdaşlıq münasibətlərinin ilk layihəsidir. Qeyd edilib ki, layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib.Diqqətə çatdırılıb ki, ilin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.xeber100.com

Mart 18, 2017 7:35

Mərkəzi Bankın 2016-cı ilin nəticələrinə əsasən…

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Mərkəzi Bankın 2016-cı ilin nəticələrinə əsasən, ölkədəki banklar arasında keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" və "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyalarının qaliblərindən olub.Bu barədə ABB-dən Azərtac-a verilən məlumatda bildirilir.2016-cı il ərzində "Azərbaycan Beynəlxalq Bankı"nın ödəniş kartları ilə 28 mindən çox əməliyyat yerinə yetirilib. Əməliyyatların ümumi dövriyyəsi 4 milyard manatdan artıq olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində "Azərbaycan Beynəlxalq Bankı"nın 11300 POS-terminalı müştərilərin istifadəsindədir.Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə "Azərbaycan Beynəlxalq Bankı" ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. "VİSA PayWave" və "Mastercard PayPass" ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz "Azərbaycan Beynəlxalq Bankı" tətbiq etməyə başlayıb.Eyni zamanda, "VİSA İnternational" şirkəti ilə müştərək şəkildə "Sıfır məsuliyyət" (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur.xeber100.com  

Mart 17, 2017 1:41