Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

İstehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün daxili qaz şəbəkəsində aparılacaq təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı, fevralın 20-də saat 09:00-dan 17:00-dək Abşeron rayonunun, eləcə də Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayevo, Q.Nəbi, Cavanşir, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 20, 2017 12:04

Energetika Nazirliyinin məlumatına görə…

Rumıniya hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinə və bu layihə üzrə Məşvərət Şurasının qarşıdan gələn iclasına yüksək dəstəyini ifadə edib.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, Rumıniya hökuməti adından bu ölkənin energetika naziri Toma-Florin Petku tərəfindən Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlanıb. Məktubda deyilir ki, Rumıniya hökuməti fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünü dəstəkləyir və bu formatda əməkdaşlıqda əldə edilən nailiyyətləri yüksək qiymətləndirir: “Rumıniya əmindir ki, “Cənub Qaz Dəhlizi” həm qaz mənbələri, həm də nəql marşrutlarının diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyini artırmaq üçün ən ardıcıl seçim olaraq qalır”.Rumıniyanın Azərbaycan və Xəzər qazının Avropa qaz bazarına daxil olmasını asanlaşdırmaq üçün Avropa İttifaqı, Azərbaycan və layihə iştirakçıları arasındakı səmərəli əməkdaşlığı dəstəkləməkdə davam edəcəyi, bu məqsədlə Buxarestin BRUA layihəsinin və Vertikal Qaz dəhlizlərinin həyata keçirilməsindən ibarət regional enerji siyasətini təşviq etdiyi qeyd edilib. Bildirilir ki, hər iki təşəbbüs AB-nin strateji prioritetləri olan bazar inteqrasiyası və təchizat diversifikasiyasından irəli gəlir. “Cənub Qaz Dəhlizi” Avropa seqmentinə tamamilə uyğundur.xeber100.com  

Fevral 20, 2017 11:44