28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində saxlayıb.Azərtac xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.Neftdən əldə edilən yüksək gəlir sayəsində ölkədə dövlət borcunun aşağı olduğu vurğulanan açıqlamada iqtisadiyyatın karbohidrogen sektorundan asılılığının yüksək, bank sektorunun isə zəif olduğu bildirilir.Açıqlamada neftin qiymətindəki bahalaşma və “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazın iqtisadi artımla bağlı proqnozlara müsbət təsir göstərəcəyi vurğulanır.xeber100.com

Fevral 25, 2017 6:34

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,72 dollar ucuzlaşaraq 57,52 dollar təşkil edib.xeber100.com

Fevral 25, 2017 6:28

Dövlət Statistika komitəsinin məlumatına görə…

2016-cı ildə Azərbaycana gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 milyon 248,8 min nəfər olub.Dövlət Statistika komitəsindən Azərtac-a bildirilib ki, Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub.2015-ci illə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. Belə ki, İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb.Ötən il Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1 faiz artaraq 868 min nəfər olub.xeber100.com

Fevral 25, 2017 4:22

“Bakı Metropoliteni” QSC-nin məlumatı

Fevralın 26-da Bakı Metropoliteninin “Xətai” stansiyası saat 12:00-dək bağlı olacaq.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, fevralın 26-da metronun “Xətai” stansiyası saat 12:00-a qədər bağlı olacaq. Saat 12:00-dan etibarən stansiyaya giriş açıq olsa da, “Cəfər Cabbarlı” stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.xeber100.com

Fevral 25, 2017 4:18

“Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi”…

Azərbaycanda “Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi"nin ikinci fazası (FSMP2) İsveçrə Hökumətindən ayrılmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən 2017-2020 –ci illər ərzində icra ediləcək.Azərtac xəbər verir ki, bu fikirlər fevralın 24-də Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə “Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi"nin ikinci fazasının (FSMP) rəsmi təqdimatında bildirilib.Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı qeyd edib ki, Azərbaycan hazırda tənzimləyici baza və institutlarını gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədilə hərtərəfli islahatlar həyata keçirir. SECO və Dünya Bankı ilə davamlı əməkdaşlıq bizə qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək.xeber100.com

Fevral 24, 2017 12:56

Azərbaycan-İran biznes-forumu keçirilib

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes-forum keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və sair sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.İqtisadiyyat naziri Ş.ahin Mustafayev bildirib ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib. Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb.xeber100.com

Fevral 24, 2017 12:53

Strateji yol xəritələrinin icrası üzrə işçi qrupu yaradılıb

Vergilər Nazirliyində fevralın 24-də iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı təqdimat keçirilib.Nazir müavini İlkin Vəliyev bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub.“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyinin kollegiyası tərəfindən 2017-ci il fevralın 9-da qərar qəbul edilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nazirliyin əsas icraçısı olduğu 4 tədbir üzrə məsul şəxslər təyin edilib. Məsul şəxslərin hər birinə müvafiq tədbirlər üzrə digər qurumlardan nümayəndələr ayrıldıqdan sonra işçi qrupun yaradılması, işçi qrupun illik iş proqramının hazırlanması, hər rüb üzrə görülmüş işlərə dair hesabatın koordinasiya qurumuna təqdim edilməsi və digər zəruri işlərin görülməsi tapşırılıb.xeber100.com

Fevral 24, 2017 12:48

Bakı Nəqliyyat Agentliyinin məlumatı

Bakıda 14 avtobusun hərəkəti müvəqqəti dəyişdiriləcək.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.O bildirib ki, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdiriləcək.xeber100.com

Fevral 24, 2017 12:45

İtaliya nümayəndəliyi yaradılıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcək.Qeyd edək ki, AZPROMO Azərbaycanın biznes və investisiya mühitinin təbliği, yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılıb. AZPROMO Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində, rəqabətqabiliyyətli məhsullarımızın xarici bazarlarda tanıdılmasında və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində də əhəmiyyətli rol oynayır.xeber100.com

Fevral 23, 2017 12:37

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar bahalaşaraq 54,07 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar artaraq 56,31 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,23 dollar ucuzlaşaraq 57,16 dollar təşkil edib.xeber100.com

Fevral 23, 2017 12:23
    Page 297 of 381« First«...102030...295296297298299...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az