Dünya Turizm Təşkilatının məlumatı

BMT-nin baş katibi Antonio Quterreş “Beynəlxalq davamlı turizm ili”ndə ictimaiyyətə müraciət edib.Azərtac Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, müraciətdə turizmin iqtisadiyyatın sütunlarından birinə çevrilməsi, milyonlarla insanın həyatını yaxşılığa doğru dəyişmək iqtidarında olması bildirilir. Diqqətə çatdırılır ki, hər gün üç milyondan çox turist beynəlxalq sərhədləri keçir, hər il isə təxminən 1,2 milyard insan xarici ölkələrə gedir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyində yer alan 17 maddədən üçü turizmlə bağlıdır. Lakin turizm həyatın müxtəlif sahələri ilə əlaqədə olduğu üçün iqtisadiyyatın müxtəlif sektorlarını, sosial-mədəni istiqamətləri əhatə edir və bu baxımdan bütövlükdə Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyinə bağlıdır. Turizm, həmçinin cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar arasında qarşılıqlı anlaşma körpüsüdür.Müraciətdə, həmçinin bildirilir ki, BMT Baş Məclisinin 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan etməsi bu mühüm sektoru xeyirxahlıq gücünə çevirmək üçün əlverişli imkandır. Hamı üçün daha təhlükəsiz, açıq, çiçəklənən və dayanıqlı dünyanın qurulmasında biz turizmi səmərəli və dinamik alətə çevirə bilərik.xeber100.com

Yanvar 30, 2017 2:33

Şimali Qafqazın İnkişafı Korporasiyasının məlumatı

Həştərxan vilayəti Xəzər Nəqliyyat-Logistika kompleksi layihəsinin hazırlanmasında iştirak etmək üçün RF-nin Şimali Qafqaz Məsələləri üzrə Nazirliyi nəzdində işçi qrupun tərkibinə daxil olacaq.Azərtac Şimali Qafqazın İnkişafı Korporasiyasının (ŞQİK) rəsmi saytına istinadla xəbər verir ki, bu barədə RF-nin Şimali Qafqaz Məsələləri üzrə nazirinin birinci müavini, “ŞQİK” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Odes Baysultanovla Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşündə razılaşma əldə edilib.O.Baysultanov deyib: “Hazırda Xəzər hövzəsindəki dəniz limanlarının inkişafı strategiyası üzərində iş gedir. Biz həmin strategiyanı Rusiya hökumətinə təqdim etməliyik. Həştərxan vilayətinin bu layihədə iştirak etməsi ölkə üçün çox vacibdir. Həştərxan limanlarının öz üstünlükləri var. Həştərxan həm də Rusiyanın cənub darvazası deməkdir”.A.Jilkin də öz növbəsində, Yaxın Şərqdən, Afrikadan və Cənub-Şərqi Asiyadan olan ticarət tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu vurğulayıb.Qubernator deyib: “Biz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına ümid bəsləyirik. Xəzər dənizi boyunca qonşularımızın və Hindistanın fəallaşacağını gözləyirik. Perspektivdə 25-30 milyon ton yük aşırılacağını proqnozlaşdırırıq. Həştərxan limanları təkbaşına bu işin öhdəsindən gələ bilməzlər. Buna görə də Xəzərdəki bütün Rusiya limanlarının fəaliyyətinin ölkə səviyyəsində əlaqələndirilməsi zəruridir”.xeber100.com

Yanvar 27, 2017 12:30