07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatı

Bakı-London aviareysində insident yaşanıb.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.Aviareys yerinə yetirildikdən sonra “Hitrou” hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədilə “Hitrou” hava limanı polisi tərəfindən saxlanılmışdır.xeber100.com

Yanvar 25, 2017 2:12

Aqrar siyasət komitəsinin iclası keçirilib

Yanvarın 25-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Eldar İbrahimov əvvəlcə 2016-cı il payız sessiyasının yekunlarına dair görülən işlər haqqında danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 17 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə edilib.Komitə sədri bildirib ki, Milli Məclisin aqrar siyasət komitəsi 2016-cı ilin payız sessiyası dövründə öz fəaliyyətini qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun şəkildə həyata keçirib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə baş tutub, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb.Bildirilib ki, hesabat dövründə aqrar siyasət komitəsinə 86 vətəndaşın imzası ilə ərizə və müraciət daxil olub.xeber100.com

Yanvar 25, 2017 2:10

Dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 31-də dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərraca 20 səhmdar cəmiyyətin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti çıxarılıb. Hərrac paytaxt  və regionlardakı hərrac mərkəzlərində təşkil olunacaq.Komitədən Azərtac-a bildirilib ki, açıq və şəffaf keçirilən hərraca istənilən şəxs izləyici və ya sifariş verərək iştirakçı qismində qatıla bilər. Eyni zamanda, canlı bağlantı ilə regionlarda keçirilən hərraclar da monitorlarda izlənilir.xeber100.com

Yanvar 25, 2017 2:07

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar ucuzlaşaraq 52,75 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar azalaraq 55,23 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 56,10 dollar təşkil edib.xeber100.com

Yanvar 24, 2017 2:18

“Azərikimya” müsabiqə elan edib

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi iki aylıq ödənişli istehsalat təcrübəsi keçməklə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan edib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərin minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir. İş təcrübəsi tələb olunmur. İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dili bilənlərə üstünlük verilir.Müsabiqədə iştirak üçün ali təhsil haqqında diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti, CV (şəxsi məlumat) forması tələb olunur. Müsabiqəyə son müraciət tarixi yanvarın 31-idir.İlkin seçim müsabiqəsini adlayan gənclər “Azərikimya”da iki aylıq ödənişli (əməkhaqqı almaqla) təcrübə keçəcəklər. Sonra elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.xeber100.com

Yanvar 24, 2017 2:15

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 10 min ədəd faizli, təmin edilmiş istiqrazların buraxılışı AZ2010008681 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.Maliyyə Bazarlarına Nəzarət Palatasından Azərtac-a bildiriblər ki, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlilik 3 faiz, tədavül müddəti 3600 gündür.xeber100.com

Yanvar 24, 2017 2:07

Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib

Yanvarın 24-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Bu hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 2-si paytaxtın Nəsimi və Nizami rayonlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Bakının Nəsimi rayonunda yerləşən binanın zirzəmi sahəsi olub. Belə ki, adıçəkilən əmlak 85 min manata özəlləşdirilib.ƏMDK-dan Azərtac-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Yəni, buraya nəhəng müəssisələrdən, səhmdar cəmiyyətlərdən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar daxildir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.xeber100.com

Yanvar 24, 2017 1:55

Energetika Nazirliyinin məlumatı

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilmə vaxtı fevralın 23-ü tarixinə təyin edilib.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar nazirlikdə bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirakçıların siyahısı müəyyənləşdirilərək, toplantıda iştirak məqsədilə “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Albaniya və Bolqarıstan), eləcə də Balkan ölkələrinin energetika nazirlərinə, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinə və digər maraqlı ölkələrin nümayəndələrinə dəvət məktubları göndərilib.xeber100.com

Yanvar 24, 2017 1:47

Trans-Anadolu qaz boru kəməri layihəsi üzrə işlər tamamlanır

Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 60 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, TANAP-a investisiya qoyuluşunun 2020-ci ildə bitməsini gözləyirik. İlk qaz 2018-ci ilin iyununda Türkiyəyə çatdırılacaq. 11,7 milyard dollara həyata keçirilməsi planlaşdırılan layihənin kapital xərcləri 8,5 milyard dollara düşüb və 3,2 milyard dollara qənaət edilib.“Türk axını” layihəsi bizə təsir etməz. Azərbaycanın təbii qaz satışı məsələsində çətinliyi yoxdur. 2046-cı ilə qədər müqavilələrimiz var. Türkiyə təbii qazın qiyməti ilə bağlı tədarükçü ölkələrlə bəzi danışıqlar aparır. Hələ ki, bizimlə belə bir danışıq olmayıb. Amma belə bir istək olarsa, əlbəttə, biz də danışıqlar apararıq. İsrail qazı ilə bağlı da bir narahatlığımız yoxdur. Hazırda danışıqlar aparılır. Türkiyə razılıq verərsə, TANAP-la İsrail qazı da nəql edilə bilər”, - deyə Z.Qəhrəmanov bildirib.xeber100.com

Yanvar 23, 2017 1:43

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 21-də keçiriləcək yeni hərracda fiziki və hüquqi şəxslərə ümumilikdə 79 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Artıq hərraca sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir. Vətəndaşlar hərraca çıxarılan 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsindən bir və ya bir neçəsinə sifariş verə bilərlər.Komitədən Azərtac-a bildirilib ki, təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən, Bərdə, Samux, Beyləqan, Goranboy rayonlarında yerləşir. Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77 min 200 manata, Bərdə şəhərindəki Texniklər evi isə 60 min manata təklif olunur.xeber100.com

Yanvar 23, 2017 1:40
    Page 308 of 381« First«...102030...306307308309310...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az