28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

SOCAR-ın məlumatına əsasən…

2017-ci ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql edilib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-dək BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub.Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub.xeber100.com  

Fevral 6, 2017 11:31

Mərkəzi Bank depozit hərracı keçirəcək

Fevralın 6-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.Bankdan Azərtac-a bildiriblər ki, dolayı hərracda 150 milyon manat vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.“Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.xeber100.com

Fevral 5, 2017 5:57

“AzəriLayt” markalı neftin qiyməti bahalaşıb

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq 58,08 dollar təşkil edib.xeber100.com

Fevral 4, 2017 6:28

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı

Maliyyə Bazarlarına Nəzarət Palatasından Azərtac-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən 32 bankın 2016-cı il 31 dekabr tarixinə cəmi aktivləri 31,439.5 milyon manat, cəmi öhdəlikləri 29,530.7 milyon manat təşkil edib. Sektorun balans kapitalı 1,908.8 milyon manatdır. Əhalinin əmanətləri 7432.1 milyon manat həcmindədir.Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, şöbələrinin sayı 131, ATM-lərin sayı 2461-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nin işçi heyəti 2 657 nəfər təşkil edir.xeber100.com

Fevral 4, 2017 6:09

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 4, 2017 6:04

Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılıb

İndiyədək 40-dək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nazirlik tərəfindən ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir.Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşürlər və materiallar paylanılır. Bununla yanaşı, yeni idarəetmə üsullarının tətbiqinə maraq göstərən sahə mülkiyyətçiləri İqtisadiyyat Nazirliyində olur və onlara MMMC-lərin yaradılması ilə bağlı hüquqi-təşkilati köməklik göstərilir.Ümumiyyətlə, həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, indiyədək 40-dək MMMC yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.Paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib.xeber100.com

Fevral 3, 2017 2:10

“Azərbaycan Hava Yolları”-nın məlumatına görə…

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu ilə hər gün həyata keçirdiyi aviareyslərin sayı fevral ayından 6-dan 4-ə qədər azaldılıb.AZAL-ın mətbuat katibi Paşa Kəsəmənskinin Azərtac-a verdiyi məlumata görə, buna səbəb tələbatın az olmasıdır. “Sərnişinlərin sayı artarsa, tələbat yaranarsa, uçuşların sayı yenidən artırılacaq”, - deyə AZAL rəsmisi bildirib.xeber100.com

Fevral 3, 2017 1:58

Nəqliyyat Agentliyinin məlumatı

Nəqliyyat sahəsində bir sıra problemləri həll etmək üçün sürücü bazası yaratmaq lazımdır.Azərtac xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.O bildirib ki, araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də həllini tapmamış problemlər var.M.Abbasovun sözlərinə görə, son zamanlar baş verən yol nəqliyyat hadisələri bir çox daşıyıcıların istehsalat bazasının olmamasını göstərir. Bu, avtobusların texniki baxışının, sürücülərin tibbi müayinəsinin həyata keçirilmədiyini göstərir.M.Abbasov qeyd edib ki, bəzi daşıyıcılar hətta 8 saat əvəzinə 14-15 saat sürücüləri çalışdırır. Bu kimi halların aradan qaldırılması üçün sürücü bazası yaradılmalıdır.xeber100.com

Fevral 3, 2017 1:35

Neft Fondunun da iştirakı ilə hərrac keçirilib

Fevralın 2-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşıb.xeber100.com

Fevral 2, 2017 1:22

Federal Ehtiyatlar Sisteminin iclası keçirilib

Fevralın 1-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclası keçirilib. “lemonde.fr” saytı bildirir ki, iclasda FED uçot dərəcəsini 0,50-0,75 səviyyəsində saxlamaq barədə qərar qəbul edib.Qeyd edək ki, ötən il dekabrın 14-də FED uçot dərəcəsini 0,5-0,75% artırmışdı.xeber100.com

Fevral 2, 2017 1:12
    Page 305 of 381« First«...102030...303304305306307...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az