07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Trans-Adriatik” qaz boru kəmərinin inşası çərçivəsində…

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstanda boruların 89 kilometri qaynaq olunub.Bu barədə Azərtac-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.“Yunanıstanda TAP kəməri marşrutu üzrə 190 kilometr ərazi təmizlənib, 116 kilometr borular xətt boyunca düzülüb. Boruların təxminən 89 kilometri qaynaq edilib. 30 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 6,5 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib”, - deyə L.Givert əlavə edib.Qeyd edək ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təqribən 32 faizi icra olunub.xeber100.com

Yanvar 14, 2017 2:30

Nəqliyyat Agentliyinin məlumatına görə…

Yanvarın 16-da Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığı üçün həmin prospektdən keçən 37 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri M.Ağayev deyib.O bildirib ki, təmirdən əvvəl Nəriman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti-Landau küçəsi-Hüseyn Cavid prospekti-Landau küçəsi-Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.xeber100.com

Yanvar 14, 2017 2:26

GPS sistemi ictimaiyyətə təqdim ediləcək

Bakıda marşrut avtobuslarında GPS sisteminin quraşdırılması başa çatıb.Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Azərtac-a deyib.M.Ağayev bildirib ki, hazırda sistemin yoxlanışı həyata keçirilir. Yaxın günlərdə GPS sistemi ictimaiyyətə təqdim ediləcək. Bu sistemin tətbiqi sayəsində həm marşrut şəbəkəsində, həm də paytaxtın ümumi nəqliyyat sistemində illərdən bəri mövcud olan problemlərin həllinə şərait yaranacaq.M.Ağayev qeyd edib ki, GPS sistemi sərnişin avtobuslarına tam nəzarətə imkan verəcək. Hər hansı bir marşrut xətti üzrə hərəkət edən avtobusun dayanacağa hansı müddətdə gəlməsi, sürət həddinə əməl etməsi, dayanacağa daxil olması və ya bunun əksinə hərəkət etməsi bəlli olacaq. Bu sistem avtobusların iştirakı ilə baş verən yol qəzalarının araşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. GPS sistemi vasitəsilə qəza baş verən zaman avtobusun sürətinin nə qədər olması dəqiqliyi ilə bilinəcək.xeber100.com

Yanvar 13, 2017 2:04

Mərkəzi Bankın məlumatına görə…

Yanvarın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 15 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.xeber100.com

Yanvar 13, 2017 1:56

Təbii qazın verilməsində fasilələr yaranacaq

“Təzə Qanlı Göl” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar yanvarın 13-də saat 09:30-dan 18:00-dək Bakının Yasamal rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Yanvar 13, 2017 1:36

Nyu-Yorkun NYMEX birjasında…

Azərbaycan neftinin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar bahalaşaraq 52,34 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar artaraq 55,17 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,01 dollar bahalaşaraq 56,39 dollar təşkil edib.xeber100.com

Yanvar 13, 2017 12:23

Beynəlxalq reklam aksiyası davam edir

"AtaBank" ASC ilə "MasterCard" beynəlxalq ödəniş sisteminin birgə reklam aksiyası davam edir.Bankdan Azərtac-a bildiriblər ki, kampaniyanın şərtlərinə görə, "AtaBank"ın "MasterCard Gold" və "MasterCard Platinum" kart sahibləri üçün "UBER Select"də qeydiyyatdan keçərək 10 manata qədər olan ilk 3 gedişi pulsuz əldə edirlər."UBER Select" aksiyası fevralın 1-dək qüvvədədir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona "Uber" əlavəsini yükləmək ("AppStore", "Google Play" və "Windows Market"də yükləmək mümkündür), qeydiyyatdan keçmək, "AtaBank"ın "MasterCard" kartları vasitəsilə ödəniş etmək, "Promokodlar" bölməsində "MasterCardBaku" promo kodunu daxil edib göstərilən ünvana sifariş vermək lazımdır. Aksiyada yalnız "AtaBank"ın "MasterCard" kartları vasitəsilə "Uber"də qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.xeber100.com

Yanvar 12, 2017 2:07

SOCAR-ın məlumatına əsasən…

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədilə inşa edilən məntəqə ayrıca özül üzərində quraşdırılacaq.Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1900 kvadratmetrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılıb, 36 ədəd svay vurulub, blokların bir-biri ilə bərkidilməsi üçün suüstü əlaqələr qurulub. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir.xeber100.com

Yanvar 12, 2017 1:53

Bakı-Gəncə aviareysi bağlanıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Gəncə aviareysini bağlayıb.Azərtac xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı-Gəncə reysi kommersiya baxımından səmərəli olmadığından yanvarın 9-dan etibarən bağlanıb.Qeyd edək ki, Bakı-Gəncə reysi üzrə uçuşlar hər gün həyata keçirilirdi.xeber100.com

Yanvar 12, 2017 1:48

Tarif Şurasının məlumatına görə…

Tarif (qiymət) Şurası bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən Azərtac-a verilən məlumata görə, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 2016-cı il dekabrın 1-dən, əhali istehlakçı qrupu üzrə isə 2017-ci il yanvarın 1-dən etibarən istehlak olunan təbii qaza şamil edilir.xeber100.com

Yanvar 11, 2017 12:17
    Page 312 of 381« First«...102030...310311312313314...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az