19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Tarif Şurasının son qərarı…

Dekabrın 22-də əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın 1-dən, mavi yanacaq üzrə isə yanvarın 1-dən tətbiq ediləcək.xeber100.com

Dekabr 24, 2016 6:37

“Wood Mackenzie” şirkətinin məlumatına əsasən…

Neftin qiyməti 55 dollar/barrel səviyyəsinin üzərində qalarsa böyük neft şirkətləri yenidən gəlir əldə etməyə başlayacaqlar.Azərtac xəbər verir ki, bu barədə mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkətinin hesabatında deyilir. Bildirilir ki, əgər 2017-ci ildə neftin qiyməti 50 dollar/barrel səviyyəsindən aşağı düşərsə həmin şirkətlər ötən 2 ildə olduğu kimi zərərlə işləyəcəklər.Neftin qiymətində 55 dollar səviyyəsi neft və qaz sektorunun yenidən dirçəlməsi üçün ən optimal variantdır. 2017-ci ildə neftin qiymətinin orta hesabla 57 dollar/barrel səviyyəsində olması sektorun 75 faizinin xeyrinə olacaq.xeber100.com

Dekabr 23, 2016 2:32

Dəmir Yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq, sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.xeber100.com

Dekabr 23, 2016 2:28

“Bakı Metropoliteni” QSC-nin məlumatı…

2014-cü ilin sonlarından təmirə bağlanan “Xətai” metro stansiyasının birinci baş yolu sərnişinlərin istifadəsinə verilib.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, burada stansiyaya bitişik təmir yolunun və dalan yollarının sağlamlaşdırılması işləri həyata keçirilib. Stansiya kompleksi nəzərə alınmaqla ümumilikdə 830 kubmetr betonlama işləri görülüb. Sağlamlaşdırma işləri aparılan sahədə yolun üst quruluşu elementləri tamamilə dəyişdirilib, bütün kommunikasiya xətləri və buna müvafiq avadanlıqlar yenilənib.xeber100.com

Dekabr 23, 2016 2:23

Dövlət Gömrük Komitəsinin məlumatına görə…

Dekabrın 27-də Muzey Mərkəzinin sərgi qalereyasında Dövlət Gömrük Komitəsinin əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi təşkil ediləcək.Bu barədə Azərtac-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə keçirilən fotosərgidə Aydın Mehdiyevin 120 şəkli nümayiş olunacaq.Fotolarda gömrük əməkdaşlarının fəaliyyətindən, onların quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumalarından, qaçaqmalçılığa qarşı mübarizə aparmalarından bəhs edilir.xeber100.com

Dekabr 22, 2016 2:27

“Layt” markalı neftin bir barrelinin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar ucuzlaşaraq 52,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,89 dollar azalaraq 54,46 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,79 dollar ucuzlaşaraq 56,35 dollar təşkil edib.xeber100.com

Dekabr 22, 2016 2:24

Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə…

Dekabrın 22-də Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planının (Baş Planının) ictimai müzakirəsi keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov layihə barədə məlumat verib. O bildirib ki, bu layihə Azərbaycan hökumətinin və Dünya Bankının maliyyə dəstəyi ilə hazırlanmış Böyük Bakının Regional İnkişaf Planının davamıdır və Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən 1:10000 miqyasında hazırlanmış planlaşdırma sənədidir. İnstitut tərəfindən layihə ötən ay komitəyə təhvil verilib, müvafiq nazirliklərə, dövlət qurumlarına rəy alınması üçün təqdim edilib və artıq əksər qurumlar tərəfindən rəylər, təkliflər alınıb.xeber100.com

Dekabr 22, 2016 2:21

Yeni metro xəttinin çəkilməsi təklif edilib

Bakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərdə 3 əsas istiqamətdə metro xəttinin çəkilməsini təklif edir.Azərtac xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.O bildirib ki, bu 3 istiqamətə Xırdalan şəhəri, Lökbatan və Rəsulzadə qəsəbələri daxildir.İ.İsbatov qeyd edib ki, Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, həmçinin əczaçılıq və səhiyyə sənayesinin inkişafını nəzərdə tutan böyük bir sənaye parkının salınması planlaşdırılıb. Biz bu parka qədər metro xəttinin uzadılmasını təklif etmişik.“Bundan əlavə Lökbatan qəsəbəsində yeni avtovağzalın, Ələt qəsəbəsində isə aşağıbüdcəli aviareyslərin həyata keçirilməsi üçün hava limanının tikilməsi təkliflərimiz sırasında yer alıb”, - deyə İ.İsbatov vurğulayıb.xeber100.com  

Dekabr 22, 2016 2:17

Azərbaycan-İran biznes forumu keçiriləcək

İran iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 27-də Bakıda Azərbaycan-İran biznes-forumu keçiriləcək. Tədbir İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, sement və digər tikinti materiallarının istehsalı, mühəndislik, avtomobil ehtiyat hissələrinin istehsalı, köhnəlmiş maşınların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən İran şirkətlərinin iştirakı gözlənilir.xeber100.com

Dekabr 22, 2016 2:10

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar bahalaşaraq 52,23 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar artaraq 55,35 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 57,14 dollar təşkil edib.xeber100.com

Dekabr 21, 2016 2:25
    Page 317 of 380« First«...102030...315316317318319...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az