Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Oman Sultanlığına 2 infrastruktur layihəsi üçün 301 milyon ABŞ dolları kredit ayırıb.Bankın Pekindəki mənzil-qərargahından verilən məlumata əsasən, vəsaitin 265 milyon dolları Dukm limanının inşasına, 36 milyon dolları isə ölkədə dəmir yolu şəbəkəsinin hazırlıq layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.Bununla AİİB-in fəaliyyətə başladığı ilk ildə ayırdığı ümumi kreditin məbləği 1,13 milyard dollara çatıb. Qeyd edək ki, ölkəmizin də təsisçi-üzvü olduğu bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.xeber100.com