19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərbaycan Hava Yolları”nın qərarı…

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.“BUTA AIRWAYS” adlandırılan yeni büdcə aviaşirkəti "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100 faizlik törəmə şirkəti olacaq."Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, aviaşirkət Beynəlxalq Aeroportunda yerləşəcək.“BUTA AIRWAYS” aviaşirkətinin özünəməxsus livreyada Embraer təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.

Dekabr 14, 2016 2:36

“Azəravtoyol”un məlumatına görə…

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işlərinə başlanılıb.Bu barədə Azərtac-a tikinti işlərini həyata keçirən “Azəravtoyol”un mətbuat xidmətindən bildirilib.Sözügedən keçid Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.

Dekabr 14, 2016 2:29

Nyu-Yorkun NYMEX birjasında…

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,33 dollar bahalaşaraq 52,83 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,36 dollar artaraq 55,69 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,94 dollar bahalaşaraq 56,83 dollar təşkil edib.xeber100.com

Dekabr 13, 2016 11:04

“Bloomberg”in məlumatına görə…

Nigeriya tam istehsal həddinə çatdıqdan sonra OPEC-in sazişinə qoşulub gündəlik neft hasilatını 50 min barrel azalda bilər. Bunu Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu bəyan edib.“Bloomberg” xəbər verir ki, E.İ.Kaçikvunun sözlərinə görə, Nigeriya noyabr ayında hər gün 1,6 milyon barrel neft hasil edib.Xatırladaq ki, OPEC-in üzvü olmayan ölkələr dekabrın 10-da Vyanada gündəlik neft hasilatının ümumən 558 min barrel, o cümlədən Azərbaycan tərəfindən 35 min barrel azaldılmasını razılaşdırıblar. Bu sazişə Azərbaycanla bərabər daha 10 ölkə – Rusiya, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Ekvatorial Qvineya, Sudan və Cənubi Sudan qoşulublar. Saziş yanvar ayında qüvvəyə minəcək. Gələn ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin müddəti uzadıla bilər. Liviya və Nigeriya istehsalı azaltmaq barədə heç bir öhdəlik qəbul etməyiblər.xeber100.com  

Dekabr 13, 2016 11:02

Dünya Bankının dəstəyi ilə…

Azərbaycanın informasiya texnologiyaları şirkəti “Cybernet” Dünya Bankının dəstəyi ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin keçirdiyi “Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat” layihəsi çərçivəsində tenderin qalibi olub. Bununla bağlı, Astana şəhərində müqavilə imzalanıb. Tenderdə “Cybernet” şirkətinin başçılıq etdiyi və Rusiyanın “BARS Group” şirkətinin də daxil olduğu konsorsiumla yanaşı, Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 şirkət iştirak edib.Şirkətdən Azərtac-a bildirilib ki, sistem tamamilə Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanacaq və bir Azərbaycan məhsulu olacaq.xeber100.com

Dekabr 12, 2016 11:41

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,57 dollar bahalaşaraq 54,07 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 2,36 dollar artaraq 56,69 dollar olub.xeber100.com

Dekabr 12, 2016 11:34

Əməkdaşlıq Memorandumu imzalanacaq

Britaniya Standartlar İnstitutu ilə yerli sertifikatlaşdırma orqanları arasında “İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memorandumu imzalanacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, komitənin təşkilatçılığı ilə dekabrın 14-də Bakıda “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” adlı master klass keçiriləcək.xeber100.com

Dekabr 12, 2016 11:26

Trans-Anadolu qaz boru kəmərinin inşası çərçivəsində…

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 55 faizi görülüb.Azərtac xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib.O bildirib ki, TANAP-ın inşası çərçivəsində qurudakı 4 lot üzrə indiyədək 1570 kilometr uzunluğunda xəndək qazılıb və 1200 kilometr boruların qaynağı tamamlanıb. Türkiyənin təbii qazı qəbul edəcək Əskişəhərdə 56 düymlük borulardan istifadə olunur. Boru kəmərinin Əşkişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsi 48 düymlük borulardan inşa ediləcək. TANAP-ın 19 kilometrlik Çanaqqala boğazı hissəsi 36 düymlük iki paralel boru kəmərindən ibarət olacaq. Boru kəmərinin tikintisi işləri çərçivəsində sahələrdə təxminən 10 min işçi çalışır."Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq", - deyə S.Düzyol əlavə edib.xeber100.com

Dekabr 12, 2016 11:22

Vergi partnyorluğu idarələri yaradılıb

2017-ci il yanvarın 1-dən etibarən Vergilər Nazirliyi intizamlı vergiödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipi əsasında fərdi və sürətli xidmətlərin göstərilməsinə başlayacaq. Bu məqsədlə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf vergi partnyorluğu idarələri yaradılıb.Vergilər nazirinin müşaviri, nazirliyin Vergiödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov sözügedən idarələrin fəaliyyəti və vergiödəyicilərinə göstəriləcək xidmətlərlə bağlı Azərtac-a məlumat verib.Ə.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə vergiödəyicilərinin hüquqlarının qorunması, vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və yüksək səviyyəyə çatdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib.xeber100.com

Dekabr 11, 2016 6:41

Daxili auditor kursu təşkil olunub

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Büro Veritas” şirkətinin mütəxəssisi, təlimçi Cəlal Quliyevin iştirakı ilə İSO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə Sistemi) standartları üzrə Daxili Auditor kursu təşkil olunub.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, kursda şirkətin müəssisələrində İSO standartlarına cavabdeh olan 16 mütəxəssis iştirak edib. Təlim kursu iştirakçıları şirkətdaxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin qurulması, idarəetmənin planlaşdırılması və tətbiqi ilə bağlı maarifləndirmək məqsədi daşıyıb. Kursun proqramı IRCA (International Register of Certificated Auditors) sertifikatlı daxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin təlimlərinə uyğun qaydalar nəzərə alınmaqla hazırlanıb.Təlimin sonunda biliklər yoxlanılacaq və imtahandan uğurla keçən dinləyicilərə “Büro Veritas” şirkətinin sertifikatları veriləcək.xeber100.com

Dekabr 11, 2016 6:11
    Page 320 of 380« First«...102030...318319320321322...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az