Noyabrın 29-da Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransı işə başlayacaq. Sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək.Azərtac xəbər verir ki, bu barədə noyabrın 28-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavini bildirib ki, builki sərgidə dünyanın 9 ölkəsi - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya mili stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.xeber100.com