21 İyun 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, noyabrın 28-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 72 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,95 faiz təşkil edib.xeber100.com  

Noyabr 28, 2016 3:21

“Dünya sivilizasiyaları və yaradıcı turizm”…

Noyabrın 29-dan dekabrın 1-dək Sofiya şəhərində keçiriləcək “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqresdə iştirak etmək məqsədilə Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda səfərdədir.Nazirlikdən Azərtac-a bildiriblər ki, beynəlxalq konqresdə turizm və memarlıq, dizayn, incəsənət, texnologiya, elm və digər sahələri əhatə edən yaradıcı sənaye arasında əməkdaşlıq vasitəsilə dünya sivilizasiyalarının necə həyata qaytarılması müzakirə olunacaq.xeber100.com

Noyabr 28, 2016 11:59

“Bakutel-2016” sərgi və konfransı işə başlayacaq

Noyabrın 29-da Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransı işə başlayacaq. Sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək.Azərtac xəbər verir ki, bu barədə noyabrın 28-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavini bildirib ki, builki sərgidə dünyanın 9 ölkəsi - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya mili stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.xeber100.com

Noyabr 28, 2016 11:55

Plastik kartlar üzrə yeni endirim kampaniyasına start verilib

“Bank BTB” ASC “MasterCard” beynəlxalq ödəniş sisteminin premium plastik kartları üzrə yeni endirim kampaniyasına start verib.Bankdan Azərtac-a bildiriblər ki, müştərilər ilin sonunadək “Bank BTB”nin “MasterCard” premium plastik kartlar üzrə kart qiymətlərinə endirim alacaqlar. Kampaniya müddətində kart qiymətlərinə təklif olunan güzəştlər “MasterCard Gold” üçün 25 faiz, “MasterCard Platinum” üçün 50 faiz təşkil edəcək.Həmçinin bankın plastik kart sahibi olan müştərilər “MobilBank” xidməti vasitəsilə dünyanın istənilən nöqtəsində ona uyğun zaman kart hesabını idarə etmək və əməliyyat etmək imkanına malikdirlər.xeber100.com

Noyabr 28, 2016 11:52

Tam yenilənmiş mobil proqramı işə salınıb

“AGBank” tam yenilənmiş mobil proqramını işə salıb.Bankdan Azərtac-a bildiriblər ki, mobil proqrama yeni funksiyalar əlavə olunub, interfeys isə daha da sadələşdirilib. Bunun sayəsində istifadəçilər lazımi əməliyyatları daha sürətli icra edə, həmçinin mühüm məlumatları əldə edə biləcəklər.Yenilənmiş mobil proqramın əsas fərqi ondan ibarətdir ki, bu proqramdan həm bankın müştəriləri, həm də bankın müştərisi olmayan şəxslər istifadə edəcək.Artıq “İnternet bank” xidmətindən istifadə edən müştərilər isə sistemə daxil olub, müasir dizayn və intuitiv naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlardan yararlanacaqlar. “İnternet bank” istifadəçiləri 24 saat, 7 gün rejimində maliyyədən səmərəli idarə edilməsi üçün geniş opsiya siyahısına malik imkanlardan bəhrələnə biləcəklər.“AGBank” mobil proqram iOS və Android platformaları, “smartfon” və “tablat” sahiblərinə AppStore və PlayMarket-də pulsuz yükləniş üçün mövcud olacaq.xeber100.com

Noyabr 27, 2016 5:14

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,90 dollar ucuzlaşaraq 46,06 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,71 dollar azalaraq 47,24 dollar olub.xeber100.com

Noyabr 26, 2016 2:33

“AzəriLayt” markalı neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar ucuzlaşaraq 48,92 dollar təşkil edib.xeber100.com

Noyabr 26, 2016 2:28

“Bloomberg” agentliyinin məlumatına görə…

Noyabrın 28-də Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin ikinci iclası baş tutmayacaq.Azərtac xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Buna səbəb Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi olub.Məlumata görə, Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.İclasda ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlər müzakirəsi planlaşdırılırdı.xeber100.com

Noyabr 26, 2016 2:25

“Dayanıqlı nəqliyyat sistemi qlobal konfrans” öz işinə başlayıb

Noyabrın 26-da Aşqabadda BMT-nin dəstəyi ilə “Dayanıqlı nəqliyyat sistemi qlobal konfrans” öz işinə başlayıb.İlk qlobal konfransda ölkəmizi Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.Azərtac xəbər verir ki, qlobal konfransın açılış mərasimində Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında konfransın yüksək əhəmiyyətini qeyd edib və bildirib ki, bu qlobal konfrans ölkələr arasında nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə və inkişafına yönəlib. Türkmənistan Prezidenti nəqliyyat sahəsində əlaqələrin inkişafı həm də ticari və iqtisadi sahədə əlaqələrin genişləndirilməsinə imkanlar yaradacağını söyləyib.xeber100.com

Noyabr 26, 2016 2:18

Azərbaycanın xarici dövlət borcu…

Oktyabrın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,650.7 milyon ABŞ dolları (12,402.6 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20.1 faiz təşkil edib.Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.Xarici dövlət borcu, əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.xeber100.com

Noyabr 25, 2016 2:23
    Page 326 of 381« First«...102030...324325326327328...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az