07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Məlumat bazası yaradılır

Azərbaycanda yerli malların vahid məlumat bazası yaradılır.Azərtac xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru V.Qasımlı jurnalistlərə açıqlamasında deyib.“Azərbaycanda istehsal olunan məhsullarla bağlı bütün məlumatları əks etdirəcək portal yaradılır. Məqsəd sahibkarlıq sahəsində son illər əldə olunan inkişafın davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirməkdir - deyə V.Qasımlı qeyd edib.xeber100.com

Noyabr 24, 2016 3:10

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək

Noyabrın 28-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.xeber100.com

Noyabr 24, 2016 12:26

“Lufthansa” aviaşirkətinin reysləri ləğv edilib

“Lufthansa” aviaşirkətinin Bakıya olan reysləri ləğv edilib.Azərtac xəbər verir ki, bu Beynəlxalq Aeroportun və “Lufthansa” aviaşirkətinin saytlarındakı online tabloda göstərilib.Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotlarının keçirdikləri tətil Bakıya olan aviareyslərə də təsir edib. Belə ki, bu gün həyata keçirilməli olan 21:25-də Bakı-Frankfurt və 22:20-də Bakı-Aşqabad reysləri və əks istiqamətdə olan reyslər ləğv olunub.Həmçinin sabaha olan Bakı-Frankfurt-Bakı və Bakı-Aşqabad-Bakı reysləri ləğv edilib.Qeyd edək ki, Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları tətili bu gün də davam etdirir. Tətil nəticəsində 900-dən çox aviareys təxirə salınıb və bu 115 min sərnişinin uçuşuna təsir edib. Tətilin səbəbi pilotların maaşlarının 20 faiz artırılmasına şirkətin müsbət rəy verməməsi olub.xeber100.com

Noyabr 24, 2016 12:22

Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar olaraq…

Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar İraq büdcəsində kəsir yaranıb və ölkə neft istehsalını artırmağı hədəfləyir.Azərtac xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim Cəfəri deyib.“Neft istehsalı üzrə gəlirlər İraq büdcəsinin 90 faizini təşkil edir. Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar İraq büdcəsində kəsir yaranıb. İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində ölkənin hərbi xərcləri artıb. Beynəlxalq qurumların anlayışına ehtiyacımız var. Çünki bu vəziyyətdə neft hasilatını artırmaq lazımdır”.Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük ikinci istehsalçısı olan İraq neft bazarında sabitliyi yaratmaq üçün həyata keçirilməsi nəzərdə tutulan hasilatın miqdarının məhdudlaşdırılması ilə bağlı razılığa qarşı çıxmışdı. Ötən ay İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi ölkəsinin hasilatın məhdudlaşdırılması təşəbbüsünə qoşulmayacağını bəyan etmişdi.xeber100.com  

Noyabr 23, 2016 2:30

“TuranBank”ın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb

Oktyabrın 31-nə “TuranBank”ın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artaraq 530,1 milyon manat təşkil edib.Bankdan Azərtac-a bildiriblər ki, “TuranBank”ın kredit portfeli ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 275 milyon manat, müştəri hesabları və depozit portfeli 14,6 faiz artaraq 210,6 milyon manat olub. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 17,2 faiz artaraq 103 milyon manat, nizamnamə kapitalı 10 faiz artaraq 55 milyon manat təşkil edib.Cari ilin on ayı ərzində bankın gəlirləri 31,7 milyon manat, xərcləri isə 32,6 milyon manat olub. Oktyabr ayı üzrə bank 202,2 min manat mənfəət əldə edib ki, bu da bu ilin yanvar-sentyabr ayları üzrə yaranmış 1,1 milyon manat məbləğində zərərin 18,3 faiz azalaraq 903,5 min manata enməsi ilə nəticələnib.xeber100.com

Noyabr 23, 2016 2:23

Ləğvetmə planına dair iclas keçirilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının üzvləri, Əmanətlərin Sığortalanması Fondunun, “BM Morrison” hüquq şirkəti və KPMG beynəlxalq audit şirkətinin rəhbərliklərinin iştirakı ilə “Bank Standard” Kommersiya Bankı QSC-nin ləğvetmə planına dair iclas keçirilib.Palatadan Azərtac-a bildiriblər ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bu il oktyabrın 1-dən etibarən lisenziyası ləğv edilmiş “Bank Standard”ın qorunan əmanətləri üzrə kompensasiyaların 90 faizdən çoxu ödənilib və bu proses şəffaf şəkildə davam edir. Bankdakı qorunmayan əmanətlər və digər kreditorların vəsaitləri üzrə kompensasiyalar isə “Bank Standard”ın likvid aktivlərinin realizasiyasından sonra qanunvericiliyə uyğun növbəlilik prinsipi ilə ödəniləcək. Onun sözlərinə görə, kreditorların maraqlarını və şəffaflığı təmin etmək məqsədilə ləğvetmə prosesində kreditorların iştirakı təmin olunacaq.xeber100.com

Noyabr 23, 2016 12:36

Beynəlxalq Bankın kredit reytinqi təsdiqlənib

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) emitentin uzunmüddətli defolt reytinqini “BB” səviyyəsində, reytinq üzrə proqnozu isə “neqativ” olaraq təsdiqləyib.Azərtac agentliyin hesabatına istinadla xəbər verir ki, “Fitch” “Azərbaycan Beynəlxalq Bankı”nın dayanıqlılıq reytinqini “b-”dən “f”ə endirib.xeber100.com

Noyabr 23, 2016 12:29

“Bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər”…

Maliyyə-bank sisteminin post-neft dövrünə adaptasiyası, maliyyə dayanıqlılığına dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalara dair qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə noyabrın 24-25-də Bakıda ilk bankçılıq forumu keçiriləcək.Azərtac Azərbaycan Banklar Assosiasiyasına istinadla xəbər verir ki, “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” mövzusunda keçiriləcək forumda maliyyə sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, o cümlədən kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər qonaqlar iştirak edəcəklər.

Noyabr 22, 2016 10:30

“Layt” markalı neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,80 dollar bahalaşaraq 47,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,04 dollar artaraq 48,90 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 2,60 dollar bahalaşaraq 49,64 dollar təşkil edib.xeber100.com

Noyabr 22, 2016 10:28

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi açılıb

Noyabrın 22-də Bakı Ekspo Mərkəzində Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi (RecExpo II) açılıb.Azərtac xəbər verir ki, sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan, Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunub.xeber100.com

Noyabr 22, 2016 10:26
    Page 327 of 381« First«...102030...325326327328329...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az