İqtisadiyyat Nazirliyinin müraciəti…

İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə ixracatçıların vahid ölkə stendi ilə iştirakı nəzərdə tutulan beynəlxalq sərgi və yarmarkaların siyahısı, həmin sərgi və yarmarkalarda iştirak edəcək ixracatçıların sayı müəyyən edilib. 2017-ci il fevralın 26-dan martın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “GULFOOD” ərzaq sərgisində maksimum 30 şirkət, martın 19-dan 21-dək Almaniyanın Düsseldorf şəhərində keçirilən “PROWEIN” şərab sərgisində 15 şirkət, sentyabrın 11-dən 14-dək Moskva şəhərində keçiriləcək “WORLDFOOD” ərzaq sərgisində 50 şirkət, oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” ərzaq sərgisində 30 şirkət, noyabrın 10-dan 12-dək Honqkonqda “HKTDC Hong Kong International Wine & Spirits Fair” şərab sərgisində 20 şirkət iştirak edəcək.xeber100.com

Noyabr 5, 2016 4:38

Yeni qanun layihəsi müzakirə edilib

Noyabrın 4-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” yeni qanun layihəsi müzakirə edilib. Azərtac  xəbər verir ki, komitə sədri Hadı Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafına diqqət, Azərbaycan Prezidentinin bu sahədə gördüyü tədbirlər vaxtı ilə qəbul olunmuş “Turizm haqqında” qanunun yenidən işlənməsini zəruri edib. Qeyd edilib ki, 2012-ci ildən bu qanun layihəsinin üzərində iş aparılır, yeni qanun layihəsi müasir tələblərə cavab verir. Komitə sədri son illər Azərbaycana turist axınının daha da artdığını deyib. Vurğulayıb ki, əvvəllər turistlər daha çox Gürcüstana gedirdilər. Dövlətimizin başçısının tapşırıqları ilə bu istiqamətdə atılan addımlar turizm sahəsinin dirçəlməsinə səbəb olub. Bu il ölkəmizdə fəaliyyət göstərən otellərdə yer tapmaq mümkün deyildi. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də buna təsir edib. Vurğulanıb ki, Azərbaycan turizm sahəsi üzrə 141 ölkə arasında 36-cı yeri tutur. Ölkəmizə gələn turistlər daha çox beşulduzlu otellərə üz tuturlar. Komitə sədri üçulduzlu otellərin də sayının artırılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, qanun layihəsi 8 fəsil və 93 maddədən ibarətdir. Qanun turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idaraetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, turizm sahəsində maliyyə mənbələrinin təsnifatı, maliyyələşdirmənin üsul və vasitələri, maliyyələşdirmədə məhdudiyyətlər, sığorta, elm, təhsil və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyəcək. Turizm sahəsində dövlət idarəetməsi nəzarət orqanı vasitəsilə həyata keçirilir. Nəzarət orqanı dövlət idarəetməsi funksiyalarını bilavasitə həyata keçirir. Qanun layihəsində qeyd olunur ki, turizm sahəsində publik hüquqi şəxs nəzarət orqanı tərəfindən təsis edilir. Sənəddə bildirilir ki, turoperator turizm məhsulunu bilavasitə özü reklam edə, sata və ya bunun reklam və satışını müqavilə əsasında turagentə həvalə edə bilər. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib ki, turizmin inkişafında bələdiyyələrin rolu ilə bağlı məsələlər Türkiyə təcrübəsindən götürülməlidir. Onun sözlərinə görə, Türkiyədə bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər. Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinlər üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdir. Lakin Azərbaycanda Milli Məclisin bələdiyyələrə tapşırıq vermək deyil, yalnız tövsiyə etmək hüququna malik olması da burada nəzərə alınacaq. Sonrakı mərhələdə əsas məqsəd həm regional, həm də yerli səviyyədə turizmin inkişafını təmin etməkdir. Təbii ki, bütün məsələləri şəhərlərin üzərinə yükləmək olmaz. Müzakirələr zamanı iclas iştirakçıları qanun layihəsinin əhəmiyyətini qeyd ediblər.xeber100.com

Noyabr 4, 2016 1:48

“Fransada investisiya ayı” çərçivəsində…

Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Fransada investisiya ayı” çərçivəsində ölkənin investisiya imkanlarının təqdimatı keçirilib. Tədbir Fransanın “Business France” Dövlət Agentliyi ilə birgə təşkil edilib. Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez bildirib ki, ölkəsi xarici investisiyanın həcminə görə Avropada birincidir. Fransada güclü kadrların və infrastrukturun olması investisiyaların inkişafına şərait yaradır. Fransa iqtisadiyyatı inkişaf etmiş və etməkdə olan ölkələrin investisiyalarını ölkəyə cəlb edir. Azərbaycan da bu sıradadır. Fransa Azərbaycan investisiyasının da cəlb olunmasında maraqlıdır. Bunun üçün gözəl şərait var. Həm şirkətlərarası, həm də hökumətlərarası münasibətlər yüksək səviyyədədir, qarşılıqlı səfərlər həyata keçirilir. 2016-cı ildə Fransanın 35 şirkətini təmsil edən nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu mübadilə hər iki ölkə üçün faydalıdır. Səfir qeyd edib ki, Azərbaycanın böyük şirkətləri var. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində yaxından iştirak edirlər. Artıq bir neçə Azərbaycan şirkəti Fransaya investisiya qoyub. Xarici sərmayədarların Fransaya investisiya qoyması bizim üçün sərfəlidir. Bu, təkcə kapital axını deyil, həm də təcrübə axınını təmin edir. Fransada investisiya layihələri həyata keçirən Azərbaycan şirkəti həm də Avropa bazarından istifadə etmiş olur. Sonra “Business France” Dövlət Agentliyinin nümayəndəsi Fransada investisiya üçün yaradılmış şərait barədə təqdimat edib.xeber100.com

Noyabr 4, 2016 1:45