07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Made in Azerbaijan” möhürü ilə ixraca məhsul çıxarılıb

“SƏBA” Şirkətlər Qrupu Rusiyaya növbəti partiya quru süd məhsulunu ixrac edib. Şirkətin “Biləsuvar Aqro” MMC müəssisəsinin istehsalı olan məhsul bu dəfə “Made in Azerbaijan” brendi kimi göndərilib. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Azərtac-a bildirilib ki, “İnvestisiyanın təşviqi sənədi”ni ilk almış şirkətlərdən biri kimi “SƏBA” öz yüksək keyfiyyətli məhsulunu “Made in Azerbaijan” nişanı ilə istehsal etməklə fəxr edir. “Biz əminik ki, Azərbaycan fermerlərindən toplanmış süddən emal etdiyimiz quru süd məhsulu xarici bazarda rəqabətə yüksək davamlılıq nümayiş etdirəcək”. “SƏBA” nişanı ilə qatıq, xama, yağ, kəsmik və bir sıra süd məhsulları da istehsal edir.xeber100.com

Oktyabr 31, 2016 11:26

Dövlət Statistika Komitəsinin məlumatı…

Toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahələrində 90,6 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 2,7 dəfə, geyim istehsalında 34,6 faiz artım, dəri və dəridən hazırlanan məmulatlar, ayaqqabı istehsalında isə 68,9 faiz azalma müşahidə olunub.

Oktyabr 30, 2016 8:26

Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına əsasən…

Bakı şəhərində razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 hektardan çoxdur. Pilot layihə çərçivəsində paytaxtda 5 il ərzində həyata keçiriləcək yenidənqurma işləri zamanı 324 min kvadratmetr yaşayış sahəsinin söküləcəyi nəzərdə tutulub. Bu barədə Azərtac-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Həmin ərazilərin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək mənzillərin yerinə isə 18 min yeni mənzilin inşası nəzərdə tutulub. Qeyd olunub ki, ərazi planlaşdırma sənədlərinin 5 hektaradək ərazilər üçün (1 hektardan az olmayaraq) hazırlanması təcrübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.

Oktyabr 30, 2016 8:15

“Unibank” yeni kampaniya keçirir

“Unibank” Mobil Bank istifadəçiləri üçün kampaniya keçirir. Bankdan Azərtac-a verilən məlumata görə, “Unibank Mobile” ilə bank əməliyyatı aparan müştərilər hər əməliyyatda 20 faiz endirim qazanacaqlar. İndi bu imkandan “Unibank Mobile” ilə əməliyyat aparan hər kəs istifadə edə biləcək. “Unibank”ın başladığı kampaniya çərçivəsində “Unibank Mobile” ilə aparılan “hesabdan-karta”, ”kartdan–hesaba” və “kartdan–karta” əməliyyatlarına komissiya haqlarında 20 faiz endirim edilir. “Unibank Mobile” istifadəçilərinin sayı artıq on minlərlədir. “Unibank Mobile” “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. “Unibank Mobile” İOS və Android platformalarında işləyir. Müştərilər “Unibank”ın Mobil Bank xidmətini bu linkdən http://onelink.to/ffdbwf yükləyə bilərlər.xeber100.com

Oktyabr 30, 2016 8:08

Üçtərəfli formatda növbəti biznes forumu Türkiyədə keçiriləcək

Üçtərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu noyabr ayında Türkiyədə keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə deyib. Nazir qeyd edib ki, uğurla həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə imkan verir. 2017-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir.xeber100.com

Oktyabr 29, 2016 7:53

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 51,23 dollar təşkil edib.xeber100.com

Oktyabr 29, 2016 7:50

Nazirlər Kabinetinin Qərarına əsasən…

Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına əsasən paytaxtda irimiqyaslı yenidənqurma işlərinə başlanılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, pilot layihə kimi dəyərləndirilən yenidənqurma işləri 5 il müddəti üçün nəzərdə tutulub və yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadratmetr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır. Qeyd olunub ki, bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən yox, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması nəzərdə tutulub.xeber100.com

Oktyabr 29, 2016 7:41

Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi, 130 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nə məxsus ərazidə abadlaşdırılma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri ilə əlaqədar oktyabrın 29-da saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Azərtac xəbər verir ki, bu barədə ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib. O bildirib ki, təmir işləri 24 saat davam edəcək. Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.xeber100.com

Oktyabr 29, 2016 7:38

“Bolkartla qazan” adlı lotereyaya start verilib

“Bank of Baku” “Bolkart”ın 5 yaşı münasibətilə 500 bolkartlıya bal, 99 bolkartlıya pul mükafatı və bir şanslı bolkartlıya səyahət paketi və 500 manat qazandıracaq lotereyaya start verib. Bankdan Azərtac-a bildiriblər ki, “Bolkartla qazan” adı altında keçirilən tirajlı stimullaşdırıcı lotereyada bütün növ “Bolkart” kredit, həm də “Bolkart” debet kart sahibləri iştirak edə biləcəklər.Lotereyada iştirak hüququ qazanmaq üçün noyabrın 27-dək edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 manat olmalı, həmçinin lotereyanın keçiriləcəyi tarixdən 1 gün əvvəl həmin “Bolkart” aktiv olmalıdır. Ümumi dəyəri 20 manat olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak hüququ qazandırır. Qeyd olunan tarixədək hər 20 manat həcmində olan bütün əməliyyatların sayı qədər bolkartlılar uduş şansı qazanmış olacaqlar. Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə 1 ədəd 2 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Avropa şəhərlərinin birinə gediş-dönüş uçuş bileti, transfer xidməti və oteldə 5 günlük istirahət daxildir.xeber100.com

Oktyabr 28, 2016 3:37

“Tour A Vent“ şirkətinin təşkilatçılığı ilə…

Azərbaycan Konqreslər Bürosu və nazirliyin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent“ şirkətinin təşkilatçılığı ilə Moskvada “Azərbaycan görüşlər sənayesi” adlı tədbir təşkil olunacaq. Nazirlikdən Azərtac-a bildirilib ki, tədbirin keçirilməsi ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi, Rusiya bazarının Azərbaycan görüşlər sənayesinə olan marağının artırılması məqsədi daşıyır. İkinci dəfə təşkil olunacaq bu işgüzar görüş noyabrın 3-də baş tutacaq və Rusiyanın işgüzar turizm sahəsində çalışan nüfuzlu təşkilat və vasitəçilərini büronun tərəfdaşları ilə bir araya gətirəcək. Görüşdə büronun tərəfdaş şirkətləri və Rusiya alıcıları arasında üz-üzə görüşlərin keçirilməsi də nəzərdə tutulur.xeber100.com

Oktyabr 28, 2016 11:39
    Page 334 of 381« First«...102030...332333334335336...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az