20 İyun 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Vergi borcu barədə məlumatın verilməsi”…

Vergi ödəyicilərinin vaxtına qənaət etməsi, göstərilən xidmətlərin daha rahat və əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq yeni layihələr həyata keçirilir, xidmətlər istifadəyə verilir və ya mövcud xidmətlər elektronlaşdırılır.Vergilər Nazirliyindən Azərtac-a bildirilib ki, tədbirlər planında müəyyənləşdirilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilir. Onlardan biri “Vergi borcu barədə məlumatın verilməsi” elektron xidmətinin tətbiqi ilə bağlıdır. Bu xidmətdən istifadə edən ödəyicilərə nazirliyin Çağrı Mərkəzi vasitəsilə, İnternet Vergi İdarəsinə daxil olmaqla, SMS göndərməklə vergi borcunun öyrənilməsi imkanı yaradılıb. Yaxın vaxtlarda isə nazirliyin rəsmi internet saytında da (www.taxes.gov.az) vergi borcu barədə məlumatın verilməsinə şərait yaradılacaq və bu xidmətin bir ad altında – “Vergi borcu barədə məlumatın verilməsi” kimi elektron xidmətlər reyestrinə daxil edilməsi nəzərdə tutulur.xeber100.com

Oktyabr 27, 2016 2:04

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar ucuzlaşaraq 49,96 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar azalaraq 50,79 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,50 dollar ucuzlaşaraq 51,72 dollar təşkil edib.xeber100.com  

Oktyabr 26, 2016 1:31

“Azərbaycanın ən yaxşı bankı 2016”…

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda keçirilən illik iclasında “Global Finance” işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’s Best Banks” mükafatı laureatlarının mükafatlandırma mərasimində “PAŞA Bank” “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatına layiq görülüb. Bu barədə bankdan Azərtac-a verilən məlumatda bildirilir.“PAŞA Bank”ın idarə heyətinin sədri Taleh Kazımov qeyd edib ki, fəaliyyəti dövründə bank ən yaxşı dünya təcrübələrinə əsaslanıb və bu proses davam edir. Bank hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə öz müştərilərinə ən yüksək səviyyədə geniş xidmətlər spektrini təqdim edir. Bazar şəraitinin dəyişməsinə baxmayaraq, 2016-cı ildə bank həm kredit portfelinin keyfiyyətini yüksək səviyyədə təmin edir, həm də biznesin həcmlərini artırır. Qeyd edək ki, “Global Finance” jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.xeber100.com

Oktyabr 26, 2016 12:54

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik edilib

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik edilib. Vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və çevik şəkildə tanış ola biləcəklər. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində bu siyahını əks etdirən “Vətəndaşların nəzərinə” adlı ayrıca keçid (link) yaradılıb. Komitədən Azərtac-a bildirilib ki, burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını bu linkdə görə bilərlər.xeber100.com

Oktyabr 26, 2016 12:49

Təlim və təcrübə proqramı həyata keçiriləcək

“Amrahbank” və “ASAN xidmət” arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində təlim və təcrübə proqramı həyata keçiriləcək. Bankdan Azərtac-a bildiriblər ki, “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş “ASAN könüllülər”i “ASAN School” könüllülük proqramının ikinci pilləsi olan "Master 2" çərçivəsində “Amrahbank”ın peşəkar mütəxəssisləri tərəfindən bank sektoru və onun fəaliyyəti ilə yaxından tanış olacaqlar. Təlimi uğurla bitirən “ASAN könüllülər”i “Amrahbank”ın struktur bölmələrində 1 ay ərzində təcrübəyə cəlb ediləcəklər. “Amrahbank”ın iştirakı ilə həyata keçirilən bu təlim-təcrübə proqramının məqsədi gənclərin maliyyə savadlılığının artırılmasına dəstək vermək, onların şəxsi inkişafını təmin etmək və gələcək fəaliyyətləri üçün stimul yaratmaqdır.xeber100.com

Oktyabr 26, 2016 12:46

İnternet istifadəçilərinin diqqətinə…

Efir analoq yayımının dayandırılması ərəfəsində “Myvideo.az” platforması və “KATV1 Smart” milli telekanalları açıq şəkildə yayımlayacaqlarını bəyan etdilər. KATV1-dən Azərtac-a bildirilib ki, internet istifadəçiləri milli telekanalları www.myvideo.az internet-platforması və KATV1 Smart cihazı (set-top-box) vasitəsilə rahat şəkildə izləyə biləcəklər. Milli kanalların qeyd edilən platformalar vasitəsilə izlənməsi üçün heç bir ödəniş tələb olunmur. Həmin platformaların texnologiyası telekanalların ongünlük arxivinə maneəsiz və pulsuz girişi də təmin edir. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, istifadəçilər istədikləri verilişi on gün ərzində özləri üçün daha rahat olan vaxtda izləyə bilsinlər. Ayrıca olaraq bu platformalarda, həmçinin daim yenilənən xəbərlər, filmlər və seriallar da təqdim olunur.xeber100.com  

Oktyabr 25, 2016 3:29

Mərkəzi Bankda ikitərəfli valyuta hərracı keçirilib

Oktyabrın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bankdan Azərtac-a bildiriblər ki, hərrac 1 ABŞ dolları üçün 1,6211 məzənnəsi ilə başlayıb və 1,6291 məzənnəsi ilə yekunlaşıb.xeber100.com

Oktyabr 25, 2016 3:24

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 50,61 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar azalaraq 51,60 dollar olub.xeber100.com

Oktyabr 24, 2016 10:59

“DəmirBank” təklif edir…

“DəmirBank” müştərilərin yerləşdirdikləri vəsaitlərə hər zaman çıxışını təmin etmək məqsədilə “Plastik kartla yığım əmanəti” məhsulunu təklif edir. Bankdan Azərtac-a bildiriblər ki, əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür. Bundan əlavə, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 6 faizədək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD valyutalarında açıla bilər. Qeyd olunan əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılması mümkün olduğu üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə müştərilər üçün banka məxsus “DəmirPay” terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb. Vəsaitlər “DəmirBank”a məxsus istənilən ATM-ləri vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.xeber100.com

Oktyabr 24, 2016 10:56

“Bank of Baku”dan yenilik…

“Bank of Baku” internet bankçılıq xidmətindən istifadə edən müştəriləri üçün növbəti yeniliyi təqdim edir. Bankdan Azərtac-a bildiriblər ki, indi müştərilər yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimə, eləcə də büdcə ödənişlərinin hamısını bir yerdə – internet bankçılıq xidməti vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər. Müştərilərin rahatlığını təmin etmək məqsədilə tətbiq edilən bu yenilik onlara aşağıdakı xidmətlər üzrə ödənişlər etmək imkanı yaradır: Daxili İşlər Nazirliyi, İpoteka Ödənişləri, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu ödənişləri. Qeyd olunan yeni xidmətlər üzrə ödənişlərin siyahısını internet bankçılıqda şəxsi kabinetdən “Kommunal və digər xidmətlərin ödənişi”ni seçib “Büdcə ödənişləri” bölməsinə keçid almaqla tapmaq olar. İstifadəçilər proqram təminatında hər bir ödəniş üzrə mövcud geniş axtarış modullarından istifadə etməklə ödəyəcəyi xidməti seçərək təsdiq düyməsinə basmaqla ödənişi icra edə bilərlər. Tarixçədə saxlanılan hər bir ödənişi növbəti dəfə sadəcə təsdiq əsasında həyata keçirmək olar. İnternet bankçılığa bankın 145 Məlumat Mərkəzinə zəng etməklə və filiala müraciət etməklə qoşulmaq olar.xeber100.com

Oktyabr 23, 2016 11:55
    Page 336 of 381« First«...102030...334335336337338...350360370...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az