Bakı Nəqliyyat Agentliyi: “Nəqliyyat Könüllüləri”ində iştirak üçün 400 nəfər müraciət edib

Ölkəmizdə könüllülük hərəkatını genişləndirmək, cəmiyyətdə xeyirxahlığı təbliğ edərək gənclərin inkişafına töhfələr vermək, eyni zamanda, dövlətimizin başçısının çağırışına müvafiq olaraq, könüllülər hərəkatını dəstəkləmək məqsədilə Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Könüllüləri” proqramını 3 dəfə ardıcıl şəkildə icra edib. Gənclər arasında “Nəqliyyat Könüllüləri” proqramına maraq böyükdür.Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, 2021-ci ildə icra edilən 3-cü “Nəqliyyat Könüllüləri” proqramında iştirak üçün 400 nəfər müraciət edib. Əvvəlki illərlə müqayisədə “Nəqliyyat Könüllüləri” proqramına müraciət edənlərin sayı iki dəfə artıb. Onlardan 33 nəfəri “Nəqliyyat könüllüsü” məzunu adını qazanıb və mükafatlandırılıb. Ötən il könüllülər üçün 10 təlim və təqdimat keçirilib, 5 səfər təşkil edilib. Hesabat dövründə könüllülərin iştirakı ilə 22 maarifləndirmə tədbiri keçirilib. Proqramda iştirak edən 4 nəfər könüllü Bakı Nəqliyyat Agentliyində daimi işlə təmin olunub. Fəallığı ilə fərqlənən 2 iştirakçı isə “İlin könüllüsü” adına layiq görülüb.Məlumat üçün qeyd edək ki, hazırda 4-cü “Nəqliyyat Könüllüləri” proqramına könüllülərin qəbulu elan edilib.Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 2022-ci il yanvarın 31-dək “[email protected]” elektron poçt ünvanına göndərə bilərlər.Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə elektron poçt vasitəsilə bu barədə məlumat veriləcək.xeber100.com

Yanvar 11, 2022 2:18

“Buta Airways” aviaşirkətinin Kazan və Ufa şəhərlərinə uçuşları bərpa edir

Cari ilin mart ayında “Buta Airways” aviaşirkətinin uçuş marşrutları xəritəsinə, eyni zamanda, iki Rusiya şəhəri daxil ediləcək. Aviadaşıyıcı Heydər Əliyev Beynəlxalq Aeroportundan iki istiqamət üzrə - Kazan və Ufa şəhərlərinə xüsusi reyslərin açılması barədə elan edib.“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, hər iki istiqamətdə reyslər həftədə iki dəfə yerinə yetiriləcək.Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar martın 16-dan başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə martın 17-dən başlayacaq və həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək.Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.Qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.xeber100.com  

Yanvar 10, 2022 3:59