7 beynəlxalq sərgi keçiriləcək

Payızda Bakı Ekspo Mərkəzində 7 beynəlxalq sərgi keçiriləcək. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. “Iteca Caspian”dan Azərtac-a bildiriblər ki, payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” “BIHE”, “Stomatologiya” “Stomatology Azerbaijan”, “Gözəllik və estetik tibb” “Beauty Azerbaijan”, “İnşaat” “BakuBuild”, “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” “AquaTherm Baku”, “Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri” “CIPS Securika”, və İKT “Bakutel” sərgiləri daxildir. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir. Payız sərgi mövsümünü ilk olaraq sentyabrın 19-21-də XXII Azərbaycan beynəlxalq səhiyyə “BIHE 2016”, XI Azərbaycan beynəlxalq stomatologiya “Stomatology Azerbaijan 2016” və X yubiley Azərbaycan beynəlxalq gözəllik və estetik tibb “Beauty Azerbaijan 2016” sərgiləri açacaq. Bunları dünyanın 15 ölkəsindən 100-dən artıq şirkəti bir arada toplayacaq “BIHE 2016” sərgisində görmək mümkündür.xeber100.com

Avqust 22, 2016 11:09