19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

11 min 968 yeni abonent qeydiyyata alınıb

İyunda “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 11 min 968 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1551-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10 min 417-si isə regionların payına düşüb. Beləliklə də, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 918 min 710-a çatıb. SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, iyulun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 130 min 964 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin edilib. Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.xeber100.com

İyul 11, 2016 10:26

Amerika fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında Dow Jones indeksi 1,40% - 18 146,74 bəndədək, S&P 500 1,53% - 2 129,90 bəndədək, NASDAQ 1,64% - 4 956,76 bəndədək artıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,87% - 6 590,64 bəndədək, Almaniya DAX-ı 2,24% - 9 629,66 bəndədək, Fransa CAC-40-ı 1,77% - 4 190,68 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,70 dollar azalaraq 1 358,40 dollara, gümüş isə 0,51 dollar bahalaşaraq 20,35 dollara satılıb.xeber100.com

İyul 10, 2016 10:25

“ASAN xidmət” mərkəzlərinə 6213 müraciət daxil olub

İyunda Bakıdakı 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki “ASAN xidmət” mərkəzlərinə “Azəriqaz” İstehsalat Birliyi (İB) ilə bağlı ümumilikdə 6213 müraciət daxil olub. SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.xeber100.com

İyul 9, 2016 5:31

AMB vəsaitlərin cəlb edilməsi üzrə üçüncü dəfə depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə üçüncü dəfə depozit hərracı keçirəcək. "Apa-Economics" xəbər verir ki, iyulun 11-də keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 30 gün təşkil edir. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.xeber100.com

İyul 8, 2016 3:39

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”…

İyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 238 sığorta tələbi qeydiyyata alınıb. İSB-dan Azərtac-a bildiriblər ki, bu tələblər üzrə 2,6 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilib. İyunda nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 144 manat təşkil edib. Ümumilikdə, 2016-cı ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 9 255 sığorta tələbi üzrə 11 milyon 577 min 849 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 3 faiz azalma müşahidə edilib.xeber100.com

İyul 8, 2016 8:33

MDB Gömrük Xidməti Rəhbərləri Şurasının 63-cü iclası keçirilib

Qırğızıstanın Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Gömrük Xidməti Rəhbərləri Şurasının 63-cü iclası keçirilib. Görüşdə MDB gömrük qurumları arasında əlaqələrin inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb, bundan əvvəl qəbul edilən bir sıra sənədlərə əlavə və düzəlişlər edilib. İclasda MDB məkanında azad iqtisadi zonaların yaradılması ilə əlaqədar saziş də ətraflı müzakirə olunaraq müvafiq qərar qəbul olunub.xeber100.com

İyul 8, 2016 8:30

“Sizinlə Gələcək” adlı yeni kampaniyaya start verilib

“Azər Türk Bank” “Sizinlə Gələcək” adlı yeni kampaniyaya start verib. Bankdan Azərtac-a bildiriblər ki, məqsəd xarici ölkələrdə təhsil alan gənclərimizə dəstək olmaqdır. Kampaniya çərçivəsində tələbə biletini və ya xarici universitetdə oxuduğuna dair hər hansı rəsmi sənədi təqdim edən müştəriyə pulsuz birillik "MasterCard Standart" kartı hədiyyə ediləcək.xeber100.com

İyul 8, 2016 8:27

118 milyon 916 min manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən seçilmiş agent banklar vasitəsilə "Texnikabank" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 118 milyon 916 min manatdan artıq kompensasiya ödənilib. Fonddan Azərtac-a bildiriblər ki, "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank", "Rabitə Bank", "Unibank" və "Kapitalbank" seçilib. Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Qeyd edək ki, "Texnikabank"ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən etibarən agent bankların filiallarında başlanılıb.xeber100.com

İyul 8, 2016 8:24

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi açılacaq

Dekabrın 15-17-də ELANEXPO-nun təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan  Azərtac-a bildiriblər ki, sərgidə logistika, infrastruktur, sığorta, arxitektura, daşınmaz əmlakın idarə olunması sahəsində fəaliyyət göstərən şirkətlər, banklar, daşınmaz əmlakların internet təchizatı, insan resursları, marketinq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşan qurumlar və digər sahələri təmsil edən iş adamlarının iştirakı gözlənilir. Qeyd edək ki, ELANEXPO Azərbaycan ilə yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil edib və hər il baş tutan sərgilərdə bu günədək yüzlərlə şirkət təmsil olunub.xeber100.com

İyul 7, 2016 4:29

Dünya bazarında neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar artaraq 46,71 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar artaraq 48,13 dollar olub.xeber100.com

İyul 7, 2016 12:33
    Page 361 of 381« First«...102030...359360361362363...370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az