Son 7 ilin ən böyük rüblük bahalaşması…

Neftin qiyməti 2009-ci ildən bu vaxtadək ən böyük rüblük bahalaşmasını göstərib. Siyasətçilərin “Brexit”in mənfi təsirlərini aradan qaldırmaq üçün hərəkətə keçəcəkləri istiqamətindəki fərziyyələri “qara qızıl”ın qiymətini yenidən yüksəldib. Azərtac xəbər verir ki, neft müqavilələri iyunun 30-da bitən üç aylıq dövrdə 26 faiz artıb. Qlobal bazarlarda isə gözlənilməz nəticə ilə yekunlaşan iyunun 23-dəki “Brexit” referendumundan ötən dövrdə müəyyən qarışıqlıq yaşanır. ABŞ-da neft təklifinin ard-arda altıncı həftədir ki azalıb və istehsal 2014-cü ilin sentyabrından indiyədək ən aşağı səviyyəyə geriləyib. Ötən rübdə Kanadadakı meşə yanğınlarının nəzarətdə saxlanılmasından sonra bu ölkə əvvəlki istehsal səviyyəsinə geri qayıdıb, Nigeriyada isə quldurlarla qarşıdurmalar atəşkəs razılaşması ilə yekunlaşıb. Nəticədə isə qlobal neft təklifindəki pozulmalar və ABŞ-ın istehsalındakı azalma ilin əvvəlindən bu vaxtadək “qara qızıl”ın qiymətinin 75 faizədək artmasına təsir göstərib. Bundan başqa, Beynəlxalq Enerji Agentliyi və OPEC neft bazarında tələb-təklif tarazlığının bərpa olunacağı istiqamətində müsbət proqnozlar verirlər. Hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 49 dollardan, “Brent” nefti isə Londonun İCE birjasında 50 dollardan baha satılır.xeber100.com

İyul 3, 2016 1:07

Unibankdan yenilik…

İndi Unibank-ın fasebook istifadəçiləri saniyə ərzində bankın məhsul və xidmətlərindən xəbər tuta biləcəklər. Bunun üçün sizi maraqlandıran məhsul və xidmətlə bağlı onlayn məsləhətçiyə sorğu yazmağa da ehtiyac yoxdur. Bankdan Trend-ə verilən məlumata görə, sadəcə Unibank facebook səhifəsinin şəxsi mesaj bölümünə haştaq işarəsi ilə istədiyiniz məhsul və ya xidmətin qısa adını yazırsınız, dərhal o məhsulla bağlı cavab sizə gəlir. Məsələn #kredit, #depozit yazaraq, ən qısa müddətdə Unibankın kredit və yaxud depozit məhsulları haqda məlumat ala bilərsiniz. Bankda günün valyuta məzənnəsindən isə #valyuta yazmaqla xəbərdar ola bilərsiniz. Unibankın facebook səhifəsi ən çox iştirakçısı olan və aktiv bank səhifələrindən biridir. Hazırda səhifə istifadəçilərinin sayı 285 min nəfəri keçib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən Unibank, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir. Hər kəs Unibankın facebook səhifəsinə daxil olmaqla, bankın mövcud kampaniyaları, məhsul və xidmətləri haqqında istədiyi suala cavab ala bilər. Bir müddət əvvəl bankın səhifəsi Facebook tərəfindən də müştəriyönümlü kimi qiymətləndirilmişdi. Məhz düzgün kommunikasiya sayəsində bankın facebook səhifəsi dəfələrlə beynəlxalq Socialbakers xidməti tərəfindən də “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olub.xeber100.com

İyun 29, 2016 12:25