Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Yanvar-iyun aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.Dövlət Gömrük Komitəsindən Azərtac-a verilən məlumata görə, 6 ayda ölkəmizdən İtaliyaya dəyəri 362,9 milyon ABŞ dolları olmaqla 1 milyard 626 milyon kubmetr, Yunanıstana 69,1 milyon dollarlıq 266,4 milyon kubmetr, Bolqarıstana isə 16,7 milyon dollarlıq 119,5 min kubmetr təbii qaz ixrac edilib.Hesabat dövründə Türkiyəyə 880,7 milyon dollarlıq 6 milyard 292,8 milyon kubmetr, Gürcüstana 252,8 milyon dollarlıq 1 milyard 989,9 milyon kubmetr, İrana isə 3,1 milyon dollarlıq 84 milyon kubmetr qaz ixrac olunub.Qeyd edək ki, ilin birinci yarısında ölkədən ümumilikdə 10 milyard 378,9 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 1 milyard 585,6 milyon dollar təşkil edib.Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.xeber100.com

İyul 17, 2021 1:47

Azərbaycandakı layihələrə 78,5 milyard ABŞ dollarından çox sərmayə qoyulub

BP şirkəti və tərəfdaşları Azərbaycandakı layihələrə 78,5 milyard ABŞ dollarından çox sərmayə qoyub.“BP Azerbaijan”dan Azərtac-a bildirilib ki, BP şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədə operatorluq etdiyi layihələrə 78,5 milyard dollardan çox sərmayə qoyub. BP Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb.Ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətlər və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylər müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.Sosial sərmayələr yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 milyon dollardan çox vəsait xərcləyib.2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 milyon dollar vəsait xərcləyib. Bundan əlavə, ötən il təkcə BP ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 milyon dollardan çox vəsait xərcləyib.xeber100.com  

İyul 16, 2021 11:00

“Bakı Metropoliteni” QSC-nin məlumatı əsasında…

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsinə başlanılır.QSC-dən Azərtac-a bildirilib ki, bu mərhələ çərçivəsində stansiyanın birinci yolu və platformasında, habelə vestibülü və keçidlərində əsaslı təmir işləri aparılacaq.Hər şeydən əvvəl stansiyanın vəziyyəti qiymətləndirilərək yerinə yetiriləcək işlərin həcmi və miqyası müəyyən olunub və mərhələlərə bölünüb. Əsas məsələ isə budur ki, “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət məhdudlaşdırılmayıb. Bu məqsədlə birinci mərhələdə təmir stansiyanın ikinci yolunda aparılıb. Həmin müddətdə qatarlar birinci stansiya yolundan hərəkət edib.Burada əsas məqsəd stansiyanın ölkədəki mürəkkəb iqtisadi dövrə təsadüf edən tikintisi zamanı yol verilmiş nöqsanların tamamilə aradan qaldırılmasıdır. Təmir və yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində “Cəfər Cabbarlı” stansiyasının birinci yolunda da yol infrastrukturu tamamilə yeni əsaslarla inşa olunacaq. Burada da “Bənövşəyi xətt”in “8 Noyabr”, “Yaşıl xətt”in “Xətai” və “Elmlər Akademiyası” stansiyalarında olduğu kimi, yol infrastrukturunun təməli dəmir-beton bloklar üzərində qurulacaq. Bu məqsədlə köhnə yol infrastrukturu söküləcək, yol yatağı dağıdılacaq və texnoloji proseslərin ardıcıllığına uyğun olaraq yenisi quraşdırılacaq.“Cəfər Cabbarlı” stansiyasında birinci yolun divarı və platformaaltı sahə əsaslı təmir olunacaq, kabel kollektoru müasir infrastrukturun tələblərinə uyğunlaşdırılacaq. Həmçinin stansiya yolunda, platformada və pilonlarda gücləndirmə işi aparılacaq. Burada işlər döşəmə və divarların üzlənməsi ilə tamamlanacaq.Stansiyanın keçidləri, vestibül səviyyəsində eskalatorların maili gedişi, giriş və çıxış sahələrinin tavan, döşəmə divarları, həmçinin xidməti otaqları əsaslı təmir olunacaq. Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqları müasir standartların tələbləri səviyyəsində yenilənəcək.Qeyd edək ki, stansiyada aparılan yenidənqurma işlərinin birinci mərhələsi stansiyanın bir yolu ilə yanaşı müvafiq tunellərdə də aparılır. İkinci mərhələ çərçivəsində aparılacaq təmir prosesində “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkəti dayandırılmayacaq. Qatarlar təmir işlərinin əsas hissəsi başa çatmış ikinci yol ilə “Xətai” stansiyasına hərəkət edəcək.xeber100.com

İyul 12, 2021 2:20

TAP Avropa İttifaqının təbii qaz idxalının 1,2 faizini təmin edib

Cari ilin ilk rübündə Avropa İttifaqının (Aİ) təbii qaz istehlakı ötən ilin eyni rübü ilə müqayisədə 7,6 faiz artıb. Yerli qaz istehsalı isə 11 azalıb.Azərtac xəbər verir ki, bu barədə Avropa Komissiyasının təbii qaz bazarlarına dair rüblük hesabatında deyilir.Hesabatda bildirilir ki, 2020-ci ilin sonunda yeni “Trans-Adriatik” boru kəməri (TAP) istifadəyə verilib və cari ilin birinci rübündə bu boru xətti 10 TWh civarında enerji təmin edib. Bu dövrdə TAP Aİ-nin təbii qaz idxalının 1,2 faizini təmin edib.Xatırladaq ki, 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 2 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com  

İyul 9, 2021 10:17