“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illər üçün hazırlıqlara başlayıb

“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illər üçün payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra mühüm tədbirlər planının icrasına başlayıb.Birlikdən Azərtac-a bildirilib ki, bu tədbirlər planına uyğun olaraq korroziyaya uğramış və qəzalı şəraitdə olan qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, vətəndaş müraciətləri əsasında küçə xətlərinin çəkilməsi, qaz xətlərinə mövsümi qulluq, torpaq üzərinə düşən böyük diametrli qaz xətlərinin beton dirəklər üzərinə qaldırılması, abonent sayı artmış yerlərdə (xüsusən Bakı şəhəri) tələbata uyğun olmayan qaz kəmərlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi və sair işlər görüləcək. Nəticədə minlərlə abonentin qaz təchizatı yaxşılaşacaq, şəbəkədə dayanıqlılıq, fasiləsizlik, etibarlılıq təmin ediləcək.Həmin tədbirlərdən biri olaraq bu gün Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istifadəyə yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Eyni zamanda, avtomobil yolunda təmir işləri aparıldığı bir vaxtda həmin ərazidən keçən qaz xətlərinə texniki baxışın aparılması üçün də yaxşı fürsət yaranıb. Belə olan halda bu yerdəki qaz kəmərlərinin əsaslı təmiri prosesi önə çəkilib ki, sonradan yolda bir daha qazıntı işi aparılmasın. Bütün bu tədbirlərin icrası zamanı aprelin 15-də səhər saat 10:00-dan etibarən Azadlıq prospekti, M.Qaşqay, E.Tağızadə, E.Qasımzadə, A.Səhhət, S.Əsgərova, R.Axundov, S.Rəhimov, Ş.Bədəlbəyli, H.Ələsgərova, Q.Quliyev və digər bir neçə küçədə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Qaz təchizatında bərpa işlərinin texniki olaraq tələb olunan vaxtdan ən azı 2 saat öncə başa çatdırılması planlaşdırılır.xeber100.com

Aprel 15, 2021 2:43

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti videotəlimat hazırlayıb

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elektrik enerji təchizatı şəbəkəsinə qoşulmaq istəyən qeyri-əhali abonentlər üçün videotəlimat hazırlayıb.ASC-dən Azərtac-a bildirilib ki, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün zəruri olan sənədlər bunlardır: ərizə, VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda), hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda), mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış (texniki pasport və ya plan sxem ilə birlikdə), müvafiq icra hakimiyyəti orqanının sərəncam (Ayrıc aktı ilə), bələdiyyə qərarı (plan-sxem ilə birlikdə), order (plan-sxem ilə birlikdə), alqı-satqı və ya icarə müqaviləsi (mülkiyyət hüququna dair sənədin surəti ilə), istifadə hüququna dair sənəd (şəhadətnamə, dövlət aktı, çıxarış), mülkiyyət hüququnun tanınması haqqında məhkəmə qərarı), tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı).Tikinti ərazisinin vəziyyət planı obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədi, ixtisaslaşdırılmış müəssisələr tərəfindən tərtib edilən ərazinin geoloji mühəndis hesabatı (MTK olduğu halda), obyektin tikintisinə dair layihənin surətini əhatə edir.Texniki şərtin verilməsi 10 iş günü, layihə-smeta sənədinin hazırlanması 5 iş günü ərzində həyata keçirilir.Qeyd edək ki, sifarişçi tərəfindən obyekt üçün tələb olunan enerji gücü yük hesabatına uyğun olaraq müəyyən olunur.xeber100.com

Aprel 8, 2021 2:54