03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərkosmos” ASC tərəfindən 30,9 milyon ABŞ dolları dəyərində xidmət

Cari ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən 30 ölkəyə 30,9 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım deməkdir.Azərtac İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.Sentyabrda ASC 11 ölkəyə 522 min dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos”un cari ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.xeber100.com

Noyabr 3, 2020 2:35

Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

Oktyabrın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.AMB-dən Azərtac-a bildirilib ki, hərracda tələb 62,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Oktyabr 29, 2020 1:49

Dəniz nəqliyyatı ilə ümumilikdə 67 min 141 ton yük daşınıb

Sentyabrda dəniz nəqliyyatı ilə ümumilikdə 67 min 141 ton yük daşınıb ki, bu yüklərin dəyəri 58,4 milyon ABŞ dolları təşkil edib.Dövlət Gömrük Komitəsindən Azərtac-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 12 min ton yükün dəyəri 4,4 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 55 min 109 ton, dəyəri isə 54 milyon dollar olub.xeber100.com

Oktyabr 27, 2020 3:37

Oktyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın oktyabrın 28-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Oktyabr 27, 2020 3:35

İçməli suyun verilməsində məhdudiyyət olacaq

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar oktyabrın 23-də gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.Bu barədə Azərtac-a “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib.xeber100.com

Oktyabr 23, 2020 2:02

Bakı Fond Birjasında qısamüddətli istiqrazlar üzrə hərrac keçiriləcək

Oktyabrın 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının həcmi 30 milyon AZN, nominal dəyəri 100 AZN, tədavül müddəti 364 gündür. İstiqrazlar 2021-ci il oktyabrın 26-da ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə, emitent bu sifarişləri qəbul etməyə bilər.Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.xeber100.com

Oktyabr 22, 2020 1:18

Dövlət Gömrük Komitəsinin məlumatı əsasında…

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 65,6 min ton polipropilen ixrac edilib.Dövlət Gömrük Komitəsindən (DGK) Azərtac-a bildirilib ki, hesabat dövründə ixrac edilən polipropilenin dəyəri isə 53 milyon ABŞ dolları olub.Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.xeber100.com

Oktyabr 20, 2020 1:59

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Oktyabrın 1-i vəziyyətinə əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 249,1 min nəfər olub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, onlardan 4 milyon 884,9 min nəfərini məşğul əhali təşkil edib.xeber100.com

Oktyabr 17, 2020 3:35

Türkiyə və Gürcüstana ixrac edilən təbii qazın həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə və Gürcüstana ixrac edilən Azərbaycan təbii qazının həcmi açıqlanıb.Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 9 ayda 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,6 milyard kubmetr olub.xeber100.com

Oktyabr 17, 2020 3:34

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar artıb

Azərbaycan neftinin qiyməti bahalaşır.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar artaraq 42,57 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Oktyabr 15, 2020 8:53
    Page 62 of 380« First«...102030...6061626364...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az